Problemli kreditlər üzrə mütəxəssis

в Vindex Legal MMC

Локация
Bakı
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
450–1 800 ₼
Опубликовано
21 июля 2026
Языки
Azerbaijani

О роли

İş Şəraiti və Təminatlar:

  1. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmə;
  2. Maaş 600-1400 Azn (net+bonus)
  3. İş qrafiki: 5 günlük iş həftəsi
  4. Korporativ mobil nömrə və limitsiz danışıq balansı;
  5. peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  6. Yerləşmə: Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli küç.

Vəzifə öhdəlikləri

Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;

Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;

Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;

Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;

Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;

Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmı.

Tələblər

Yaş həddi 21-45

Ali təhsil arzuolunandır: (İqtisadiyyat, Maliyyə, Hüquq və ya Biznesin idarə edilməsi sahələri üzrə );

İş təcrübəsi: Bank, mikromaliyyə və ya boking sektorunda problemli kreditlərin idarə edilməsi/yığılması sahəsində minimum 1 il təcrübə

Kommunikasiya bacarığı: Yüksək ünsiyyət, inandırma və gərgin danışıqlar aparmaq qabiliyyəti;

Stressə davamlılıq: Konfliktli vəziyyətləri idarəetmə və gərgin iş qrafikində nəticəyə yönəlik işləmək bacarığı;

Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışıq bacarığı

Kompüter bilikləri: MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı.

О компании

Vindex Legal MMC
Peşəkar, elmi və texniki fəaliyyətlər, Hüquq xidmətləri, Mühasibat və audit xidmətləri · Bakı

“Vindex Legal” hüquq şirkəti olaraq maliyyə institutları, bank olmayan kredit təşkilatları və korporativ müştərilər üçün problemli kredit portfellərinin idarə olunması, hüquqi müşayiəti və borcların effektiv geri qaytarılması sahəsində peşəkar xidmətlər təqdim edirik. Şirkətimiz uzunmüddətli praktiki təcrübəyə, ixtisaslaşmış hüquqşünas heyətinə və borclularla effektiv kommunikasiya mexanizmlərinə malik olmaqla problemli portfellərin həm məhkəməyədək, həm də məhkəmə mərhələsində operativ və nəticəyönümlü idarə edilməsini təmin edir.

Все вакансии Vindex Legal MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
450–1 800 ₼
Problemli kreditlər üzrə mütəxəssis
Откликнуться