Навыки и технологии
О роли
İş barədə məlumat:
Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədlərinə, maliyyə-iqtisadi əməliyyatlara və departament daxilində aparılan bütün əməliyyat və sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsi;
Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması və qeydiyyatının düzgün təşkili;
Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
Debitor və kreditorlarla mütəmadi üzləşmələrin aparılması və fərqlərin aradan qaldırılması;
1C mühasibat proqramından yüksək səviyyədə istifadə edilməsi;
Şirkətin maliyyə vəziyyəti barədə daim məlumatlı olmaq, riskləri müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
Mal hərəkətinin uçotu və inventarizasiyasının aparılması, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarına nəzarət edilməsi;
Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin uçotunun aparılması;
ƏDV, mənfəət və vahid bəyannamələrin, eləcə də statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi;
Bütün hesabatların düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.
İş şəraiti
İş qrafiki: Həftə içi 6 gün
İş ünvanı: Bakı, Babək prospekti.
Namizədə tələblər:
Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
О компании
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.




