Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani
Дедлайн
23 августа 2026

О роли

Diqqət!!! Consulting sahəsində işləmə bacarığına, analitik düsüncəyə malik və özünə güvənən namizəd axtarilir

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və maliyyə uçotunun aparılması;
  • New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
  • Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və Bazar günləri;
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);

Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

О компании

BAA Consulting
Mühasibat və audit xidmətləri, Peşəkar, elmi və texniki fəaliyyətlər

BAKU ACCOUNTANTS ASSOCİATES” MMC Azərbaycanın mühasibat uçotu, maliyyə, audit, hüquq, insan resursları və idarəetmə sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir. 10 illik iş təcürbəsinə əsaslanan “BAA CONSULTİNG” MMC komandasında təcrübəli, peşəkar mütəxəsislərlə yanaşı, perspektivli, enerjili gənc mütəxəssislər də fəaliyyət göstərir. İş prinsipimiz həm iri, həm də kiçik biznes subyektləri ilə əməkdaşlıq etməyə imkan verir. Əməkdaşlarımızın yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və müasir üsullardan istifadə etməsi görülən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyət və uyğun qiymətlə təqdim edilməsini mümkün edir. Şirkətimiz hal-hazırda neft və qaz sektoru, təhsil, ticarət (topdan və pərakəndə), istehsal, tikinti, tibb və əczaçılıq, kənd təsərrufatı, logistika, informasiya texnologiyaları və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir

Все вакансии BAA Consulting

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Aparıcı Mühasib
Откликнуться