Quality ControlProject ManagementRisk Management
Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
23 августа 2026
Навыки и технологии
О роли
Təsvir
- Layihə üzrə mexanika, elektrik və santexnika (MEP) işlərinin layihə sənədlərinə, texniki spesifikasiyalara, müqavilə şərtlərinə və normativ tələblərə uyğun icrasına nəzarət etmək.
- MEP işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilməsini izləmək, gecikmə risklərini müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər təklif etmək.
- MEP sistemləri üzrə shop drawing, material submittal, metod bəyanatları (Method Statement), ITP və digər texniki sənədlərin texniki baxımdan qiymətləndirilməsində iştirak etmək.
- MEP avadanlıqlarının və materiallarının layihə tələblərinə, texniki göstəricilərinə və təsdiq edilmiş spesifikasiyalara uyğunluğunu yoxlamaq.
- Podratçı və subpodratçıların MEP işlərinin keyfiyyətinə nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.
- MEP işləri üzrə görülmüş iş həcmlərini, icra vəziyyətini və texniki uyğunluğu qiymətləndirmək, qəbul aktlarının hazırlanmasında iştirak etmək.
- Layihə rəhbərliyinə MEP işlərinin icra vəziyyəti, risklər, problemlər və görülmüş tədbirlər barədə müntəzəm hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil (Mexanika, Elektrik, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
- MEP layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
- MEP sistemləri, tikinti norma və standartları barədə dərin bilik;
- Layihə sənədlərini, shop drawing və texniki spesifikasiyaları oxuma və təhlil etmə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD biliyi üstünlükdür;
- Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür;
- Analitik düşünmə, planlaşdırma, qərarvermə və komanda idarəetmə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
О компании
Grand-Agro MMC
Food and Beverage Manufacturing · Baku
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Все вакансии Grand-Agro MMCПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Project ManagementGantt ChartsAutoCAD
AutoCADConstruction PlanningProject Management
Engineering DesignProject ManagementTechnical Leadership




