Sənədlərlə iş üzrə mütəxəssis / Document Controller

в MEC Design MMC

Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Дедлайн
23 августа 2026

Навыки и технологии

О роли

Vəzifə Öhdəlikləri

  • Bütün daxil olan və göndərilən layihə və şirkət sənədlərinin qeydiyyatını, izlənməsini və nəzarətini həyata keçirmək.
  • Şirkət tərəfindən müəyyən edilmiş sənəd formatlarına, nömrələmə sistemlərinə və sənəd mübadiləsi standartlarına uyğunluğu təmin etmək.
  • ISO 9001 və daxili keyfiyyət idarəetmə tələblərinə uyğun olaraq sənəd nəzarəti prosedurlarını həyata keçirmək.
  • Sifarişçi, podratçılar və subpodratçılarla sənədləşmə proseslərini əlaqələndirmək, tələb olunan sənəd və şablonların vaxtında təqdim edilməsini təmin etmək.
  • Sifarişçi, podratçılara və subpodratçılara ümumi ötürmə (transmittal) sənədləri hazırlamaq və göndərmək.
  • Təsdiq edilmiş kodlaşdırma sisteminə uyğun olaraq sənədlərə nömrə və identifikasiya təyin etmək və düzgünlüyünə əmin olmaq.
  • Bütün təqdimatları (submittals) sistemə daxil etmək, izləmək və statuslarını yeniləmək.
  • Paylanma siyahılarını idarə etmək və sənədlərin dəyişiklik/versiya statusunu izləmək.
  • Təsdiq edilmiş layihə sənədlərini toplamaq, yoxlamaq, çap etmək, əlaqələndirmək, müvafiq şəkildə paylamaq və serverə/sistemə yükləmək.
  • Tələb olunan formatda sənəd yoxlama və status hesabatlarını (məsələn, Aconex vasitəsilə) hazırlamaq.
  • Daxil olan və göndərilən sənədləri müvafiq qovluqlarda/sistemlərdə yoxlamaq, nəzarətdə saxlamaq və arxivləşdirmək.
  • Tanışlıq/təhvil-təslim görüşlərini təşkil etmək, iştirak etmək və görüş protokollarını hazırlamaq.
  • Layihənin təhvil-təslimi zamanı düzgün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək.
  • ACONEX, BIW (Building Information Warehouse) və QNAP kimi sənəd idarəetmə platformalarında işləmək.

Tələblər

  • Layihə əsaslı və ya mühəndislik/tikinti sahəsində Sənəd Nəzarətçisi kimi sübut edilmiş iş təcrübəsi(mütləqdir)
  • ISO 9001 sənəd nəzarəti prinsipləri üzrə biliklər.
  • ACONEX, BIW və ya digər ekvivalent EDMS platformalarında praktiki iş təcrübəsi(mütləqdir).
  • Yüksək diqqətlilik və dəqiqliklə seçilən güclü təşkilatçılıq bacarıqları.
  • Sənədləşmə məsələləri üzrə sifarişçilər, podratçılar və subpodratçılarla əlaqələndirmə təcrübəsi.
  • AutoCAD Microsoft Office proqramlarında və ümumi ofis idarəetmə vasitələrində bacarıq.
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları.

Əmək haqqı müsahibə əsasında namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Sənəd nəzarəti üzrə mütəxəssis" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

О компании

MEC Design MMC
Tikinti, İxtisaslaşmış tikinti fəaliyyətləri

MEC DESIGN MMC prestijli yüksək səviyyəli layihələr üçün yüksək keyfiyyətli memarlıq, MEP və təbii daş işlərini təqdim edən Azərbaycanda aparıcı podratçılıq və təchizat şirkətidir. Mükəmməlliyə və innovasiyaya güclü sadiqliyimizlə biz Bakıda fəaliyyət göstərən komandamızı genişləndiririk.

Все вакансии MEC Design MMC
Не указана
Sənədlərlə iş üzrə mütəxəssis / Document Controller
Откликнуться