Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
22 августа 2026
Навыки и технологии
О роли
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasını keçmək və qeydiyyatını aparmaq;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icrasına nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Qəzalar, hadisələr barəsində araşdırma komissiyasının işində iştirak etmək, qeydiyyat aparmaq və dərhal məlumat vermək;
- Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su nasosu və quyularının saz vəziyyətdə saxlanılmasına nəzarətin, həmçinin onlara texniki qulluğun təşkili işlərini həyata keçirmək;
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların qeydiyyatının aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
- Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
- Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;
- Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı”nın tətbiq edilməsinə nəzarət etmək;
- Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;
- İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
- Qanunvericiliyə uyğun sənədləşmə prosesini həyata keçirmək;
- İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
- SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
Namizədə aid tələblər:
- Ali təhsil (Texniki sahə üzrə)
- İstehsalat müəssisəsində ən azı 1 il təcrübə mütləqdir
- Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta)
- Microsoft Office proqramı üzrə biliklər
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik-bacarığna əsasən təyin olunur
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
О компании
ATS Food
Food and Beverage Manufacturing · Baku
ATS Food LLC, founded in 1999, is one of the largest food manufacturers in Azerbaijan, producing flour, bread, pasta and confectionery through its Bismak and Çörəkçi factories.
Все вакансии ATS Food