SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Mərəh sahəsi

в AzerGold

Локация
Göygöl rayonu
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
26 июля 2026

О роли

Vakansiyaya dair tələblər:

Əsas vəzifə öhdəlikləri:

• SƏTƏM siyasət və prosedurlarının tətbiqi:
Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
• Audit və təftiş:
Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
• Uyğunsuzluqların idarəolunması:
Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
• Təlim və təlimatlandırma:
Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
• Hadisələrin araşdırılması:
Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
• Monitorinq və hesabatlılıq:
SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
• Fövqəladə hallara hazırlıq:
Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
• Kommunikasiya və məlumatlandırma:
İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
• Risklərin müəyyən edilməsi:
İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
• Podratçılara nəzarətdə iştirak:
Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
• SƏTƏM inventar və materialların izlənməsi:
SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış
• SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı arzuolunandır;
• SƏTƏM proseseslərindən məlumatlılıq və sertifikatları olan namizədlərə üstünlük verilir.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Minimum bakalavr dərəcəsi
• Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi
Qeyd: Regionlarda potensial SƏTƏM kadrlarının yetişdirilməsi zərurətinə istinadən ümumi təcrübəsi minimum 3 il olmaqla və müsahibədə uğurlu namizədlərə üstünlük verilə bilər

İş qrafiki:

• Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.

О компании

AzerGold
Mining & Metals · Baku

AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.

Все вакансии AzerGold

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Mərəh sahəsi
Откликнуться