HACCPISO 22000Quality Control
Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
21 июля 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
10 августа 2026
Навыки и технологии
О роли
Vakansiya haqqında məlumat:
- Müəssisənin istehsalatında, anbar və marketlərdə keyfiyyət və qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət etmək .
- Marketlərdə planlı və plandankənar monitorinqlər aparmaq, məhsulların saxlanma şəraiti, temperatur rejimi, etiketlənməsi, yararlılıq müddəti və təqdimatını yoxlamaq ;
- Market yoxlamalarının nəticələrinə dair akt və hesabatlar hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək ;
- Xammal, qablaşdırma materialları və hazır məhsul anbarlarında saxlanma şəraitini, temperatur və rütubət göstəricilərini, FIFO/FEFO prinsiplərinin tətbiqini yoxlamaq ;
- Yeni və mövcud tədarükçülərin sənədlərini yoxlamaq və qiymətləndirmə prosesində iştirak etmək;
- İşçilər üçün qida təhlükəsizliyi, gigiyena, GMP, GHP, HACCP və müəssisədaxili prosedurlar üzrə təlimlər keçirmək və təlim qeydlərini aparmaq ;
- Daxili auditlərin, monitorinqlərin və yoxlamaların keçirilməsində iştirak etmək ;
- Müştəri şikayətlərini qəbul etmək, araşdırmaq, səbəblərini müəyyən etmək və nəticələrinə dair hesabatlar hazırlamaq ;
- Müştəri şikayətləri və ya monitorinq nəticələri əsasında tələb olunan məhsul, xammal və digər nümunələri laborator analiz üçün hazırlamaq və müvafiq laboratoriyalara təqdim edilməsini təşkil etmək Laboratoriya analiz nəticələrini qiymətləndirmək və keyfiyyət göstəricilərinin izlənilməsində iştirak etmək ;
- Anbar sahələrində, marketlərdə sanitariya, gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət etmək ;
- Pest control proqramınn icrasını yoxlamaq;
- Keyfiyyət idarəetmə sistemi üzrə prosedur, təlimat, forma və digər sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək ;
- AQTA, müştəri və sertifikatlaşdırma auditlərinə hazırlıq və auditlərin keçirilməsi prosesində iştirak etmək ;
- Rəhbərlik tərəfindən verilən və vəzifəsi ilə əlaqəli digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək .
- Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan işlərin icrasına rəhbərlik tərəfindən cəlb olunduğu digər işlərin vaxtında və düzgün icra edilməsi.
- Məsul olduğu sahə(lər)də riskləri müəyyən edir, qiymətləndirir, effektiv şəkildə yumşaldılmasını təmin etməklə riskləri idarə edir və risklərin vəziyyəti barədə maraqlı tərəfləri davamlı məlumatlandırır
Tələblər:
- Ali təhsil (qida mühəndisliyi, qida təhlükəsizliyi, biologiya, kimya, və ya digər uyğun ixtisaslar üzrə)
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Qida məhsullarının istehsalı,idxalı,ixracı,pərakəndə sektorunda iş təcrübəsinə üstünlük;
- İstehsal texnologiyası,laboratoriya təcrübəsi
- İSO 9001,İSO 22000,Halal, BRCGS,İFS,HACCP,İSO 17025 sertifikatları və qida sahəsi üzrə digər təlimlər
- MS Office proqramları;
- Azərbaycan dilini səlis bilmək; rus, ingilis dillərini bilmək üstünlükdür;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Ezamyyətlərə açıq olması
CV-nizi başlıqda "Laboratoriya və Keyfiyyətə Nəzarət şöbəsi mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
О компании
Azerbaijan Poultry Company
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Heyvandarlıq · Baku
“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
Все вакансии Azerbaijan Poultry CompanyПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Corrective and Preventive ActionsAudit ManagementQuality Management Systems
ISO 22000ISO 45001Quality Control
Quality ManagementISO 45001Quality Control



