Dəniz ətraf mühitinin mühafizəsi şöbəsi mütəxəssis

в Dövlət Dəniz və Liman Agentliyi

Локация
Bakı
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июля 2026
Языки
Azerbaijani, English, Russian

Навыки и технологии

О роли

İşin təsviri: Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dəniz ətraf mühitinin mühafizəsi üzrə gəmi planlarının yoxlanılması və qeydiyyat kitablarına müvafiq məlumatların qeyd edilməsi; Gəmilərin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tələblərindən istisna edilməsi müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi; Agentliyin fəaliyyəti ilə bağlı şöbəyə daxil olan müraciətlərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq baxılması və qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsi; Dəniz ətraf mühitinin mühafizəsinin təmin edilməsi məqsədilə gəmilərdə yoxlamaların aparılmasında iştirak etmək; Limanlarda “Tullantıların idarə olunması planı”nın yoxlanılması və qeydiyyat kitablarına müvafiq məlumatların qeyd edilməsi; Zəruri hallarda gəmilərdən yanacaq, işlənmiş qaz və məişət-fekal su nümunələrinin götürülməsi və analizlərin aparılması üçün laboratoriyaya göndərilməsi; Dəniz ətraf mühitinin çirklənməsi ilə nəticələnən qəzaların araşdırılmasında birbaşa iştirak edilməsi; Müvafiq sahə üzrə aidiyyəti dövlət qurumları ilə birgə layihə sənədlərinə, fəaliyyət planlarına baxılması, razılaşdırılması, həmçinin fəaliyyət istiqamətləri üzrə rəy və təkliflərin verilməsində iştirak edilməsi; Şöbə tərəfindən görülən işlərin aylıq hesabatının hazırlanmasında iştirak etmək. Tələb olunan bilik və bacarıqlar: Gəmi quruluşu və gəmi mexaniki avadanlıqlarına dair biliklər; Dəniz nəqliyyatı sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər; MS Office proqramlarında işləmə bacarığı; Şifahi və yazılı ünsiyyət bacarığı; Təhlil etmə bacarığı; Dəqiqlik və məsuliyyətlilik; Stressə davamlılıq; Planlama və zamanın idarə olunması; Çevik qərarvermə bacarığı; Komandada işləmə bacarığı. Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum - 1 il iş təcrübəsi. Təhsil və kvalifikasiyalar: “Ekologiya” və ya “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”ixtisasları üzrə ali təhsil. Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (B2) və Rus dili (C1) Arzu olunan tələblər: Dənizçilik sahəsində sertifikatların olması üstünlükdür. Müraciət etmə qaydaları:

О компании

Dövlət Dəniz və Liman Agentliyi
Government · Baku
Все вакансии Dövlət Dəniz və Liman Agentliyi

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Dəniz ətraf mühitinin mühafizəsi şöbəsi mütəxəssis
Откликнуться