Əməliyyatlar üzrə mütəxəssis (Binəqədi)

в Kontakt Home

Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
23 августа 2026

Навыки и технологии

О роли

Təsvir

  • Sistem üzrə daxil olan sifarişlərn analizi, ərazi və çatdırılma tarixləri üzrə bölgü edilməsi;
  • Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
  • Sürücülərin və fəhlələrin gündəlik olaraq ərazilər üzrə təyin olunması;
  • Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi;
  • Təhvil verilmiş və geri qaytarılmış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması. Sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;
  • Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında daşınmalara aid sənədlərin və məlumatların təqdim olunması;
  • Anbara yaxınlaşan müştərilərə yerində xidmət edilməsi, sifariş etdiyi məhsulun təhvil-təslimi, həmçinin sənədlərin imzalanması;
  • Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli, və aidiyyəti üzrə yönləndirilməsi;
  • Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət o cümlədən nəqliyyat vasitələr üçün lazımi sənədlərin hazırlanması üçün müraciətlərin göndərilməsi;
  • Daxil olan sorğular əsasında yüklərin anbarlara, mağazalara, servis mərkəzlərinə və s. daşınması, o cümlədən, məhsulların müştəri ünvanından götürülməsinin təmin edilməsi;
  • Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatıarın icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması.

Tələblər

  • Ali (bakalavr) təhsilinin olması;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunan) bilməsi;
  • Müvafiq sahədə minimum 1 il təcrübənin olması;
  • MS office proqramlarında sərbəst işləməsi;
  • Çatdırılma ərazisini yaxşı tanıması;
  • Yükdaşıma və təhlükəsizlik qaydalarını bilməsi.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

О компании

Kontakt Home
Retail · Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Все вакансии Kontakt Home
Не указана
Əməliyyatlar üzrə mütəxəssis (Binəqədi)
Откликнуться