Локация
Азербайджан
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
22 августа 2026

О роли

Milla Dairy MMC “İstehsalat və planlama üzrə bölmə rəhbəri” vakansiyasını elan edir!

İşin təsviri:

  • Xammal materialların stokuna nəzarət edilməsi;
  • İstehsal planı icra edildiyi zaman digər departamentlər tərəfindən verilən sənədlərdə (məsələn, satışın həftəlik və aylıq proqnuzu) uyğunsuzluq aşkar edildikdə onu qarşı tərəflərlə korreksiya edilməsi (MRP izlənilməsi);;
  • Planın tərtib edilməsi üçün zəruri olan daxil olan sənədləri qəbul etməsi, orada olan məlumatların düzgünlüyünü və etibarlılığını yoxlanılması.;
  • Planın bütün mərhələlərinin uçotunu aparır və icrasına nəzarət etməsi, planlaşdırılmış hədəflər üzrə fəaliyyət göstəricilərini toplaması və emal etməsi, nəzarətin nəticələrinə əsasən analitik qeydlər, zəruri hesabatların hazırlaması və birbaşa rəhbərə təqdim etməsi;
  • Müəssisə resurslarının səmərəli istifadəsi (xammal və qablaşdırma materiallar; az hərəkətli (slow-moving) və hərəkətsiz (non-moving) materiallar) üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
  • Müəssisədə yeni layihələrin həyata keçirilməsinin texniki-iqtisadi əsaslandırılmasında (yeni məhsulların tətbiqi) iştirak etməsi;
  • Satış proqnozlarının təmin olunmasının mümkün olmadığı məhsullar üzrə məlumatların əvvəlcədən təqdim edilməsi;
  • Birbaşa rəhbərin tapşırığı ilə planın ayrı-ayrı bölmələrinin işlənməsini həyata keçirməsi, onlar üçün hesablamalar və əsaslandırmalar aparması;
  • Satış proqnozlarına uyğun olaraq istehsal planının (MPS) hazırlanması;
  • Səmərəli istehsal planının icrası məqsədilə departament-daxili şöbələrlə koordinasiya etmək;

Tələblər:

  • Ali təhsil Bakalavr və ya Magistr dərəcəsi (Sənaye mühəndisliyi, Təchizat Zəncirinin İdarəedilməsi, Əməliyyatların İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələrdə);
  • FMCG sektorunda istehsal planlaşdırılması, təchizat planlaşdırılması, MRP/MPS və ya təchizat zənciri funksiyaları üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli (Rus və İngilis dili arzu olunandır;
  • ERP sistemləri ilə praktiki iş təcrübəsi (1C);
  • Microfost Office proqramları (Power BI) üzrə yüksək səviyyədə bilik;
  • MPS/MRP, tələbin proqnozlaşdırılması, ehtiyatların idarə edilməsi, təhlükəsizlik ehtiyatının (safety stock) müəyyənləşdirilməsi və istehsal planlaşdırılması məntiqi üzrə dərin bilik;
  • Yüksək analitik düşüncə və problem həlletmə qabiliyyəti (hesabatların hazırlanması, uyğunsuzluqların təhlili, xərclərin və səmərəliliyin qiymətləndirilməsi üzrə təcrübəyə əsaslanan

İş şərtləri:

  • İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şoss.15-ci km)
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
  • Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat və planlama üzrə bölmə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

О компании

MİLLA DAİRY
Qida və içki sənayesi\t · 1000 + · Baku

<p class="ql-align-justify"> “AZ FP CO” LTD MMC 2011-ci ildə "Milla" markası ilə süd məhsulları bazarında fəaliyyətə başlamışdır. "Milla" markası Azərbaycanda, demək olar ki, bütün süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. “Milla” markası Azərbaycanda bir çox süd məhsulları kateqoriyasında bazar lideridir. “Milla” markası yarandığı gündən əsas misiyası əhalini yüksək keyfiyyətli süd məhsulları ilə təmin etməkdir. Şirkət, həmçinin, istehsalat prosesində texnoloji yenilikləri izləyərək ən son texnologiyalardan istifadə edir.</p><p><br></p>

Все вакансии MİLLA DAİRY

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
İstehsalat və planlama üzrə bölmə rəhbəri
Откликнуться