Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
24 августа 2026

О роли

Vəzifənin məqsədi:

  • Şirkətin satış həcmlərinin artırılması, məhsulların satış nöqtələrində effektiv təqdimatının təmin edilməsi, brend görünürlüğünün gücləndirilməsi və satış kanallarında marketinq fəaliyyətlərinin səmərəli idarə olunması məqsədilə trade marketing strategiyalarının hazırlanması və həyata keçirilməsini təmin etmək

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış strategiyasına uyğun olaraq trade marketing fəaliyyətlərini planlamaq və icrasını təmin etmək;
  • Satış nöqtələrində məhsulların görünürlüğünü və təqdimat standartlarını inkişaf etdirmək;
  • Satışları artırmağa yönəlmiş promosiya, kampaniya və aktivliklərin hazırlanması və həyata keçirilməsini koordinasiya etmək;
  • Distribyutorlar, satış komandası və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
  • Trade marketing büdcəsinin planlaşdırılması və idarə edilməsində iştirak etmək;
  • Kampaniyaların effektivliyini qiymətləndirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Rəqiblərin fəaliyyəti, bazar tendensiyaları və istehlakçı davranışlarını təhlil etmək;
  • POSM materiallarının hazırlanmasını və düzgün istifadəsini təmin etmək.

Tələblər:

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Trade marketing, marketinq və ya satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Elektronika, məişət texnikası, FMCG, distribusiya və ya retail sektorunda təcrübəyə üstünlük verilir;
  • Satış kanalları, merchandising, kateqoriya idarəetməsi və trade marketing alətləri üzrə biliklər;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
  • Güclü ünsiyyət, təqdimat və koordinasiya bacarıqları;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dili bilikləri üstünlükdür.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Trade Marketing Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

О компании

Superfon
Retail · Baku

Superfon is an Azerbaijani retail chain selling mobile phones, accessories, spare parts and small consumer electronics both retail and wholesale across the country.

Все вакансии Superfon

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Trade Marketing Menecer
Откликнуться