Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
21 июля 2026
Дедлайн
20 августа 2026

О роли

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “SMM üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə üzrə öhdəliklər:

  • Şirkətin sosial media strategiyasını hazırlamaq və icra etmək.

  • Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda səhifələri idarə etmək.

  • Aylıq və həftəlik kontent planı hazırlamaq.

  • Mətn, vizual və video kontentin hazırlanmasını təşkil etmək.

  • Paylaşımları planlaşdırmaq və vaxtında yayımlamaq.

  • İzləyicilərin mesaj və şərhlərini operativ cavablandırmaq.

  • Kampaniyaların statistik göstəricilərini analiz etmək və hesabat hazırlamaq.

  • Rəqiblərin fəaliyyətini izləmək və bazar araşdırmaları aparmaq.

  • Marketinq komandası, dizayner və satış şöbəsi ilə koordinasiyalı işləmək.

Şərtlər:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

  • Həftə ərzində 5 iş günü, istirahət-şənbə və bazar günü

  • İş saatı: 10:00-19:00

  • Əmək haqqı namizədin bilik və bacarıqlaırna uyğun olaraq müəyyən ediləcək.

Tələblər:

  • Canva, Adobe Photoshop və ya digər dizayn proqramları üzrə bilik üstünlükdür.

  • Kopiraytinq və kontent yaradılması bacarığı.

  • Sosial media analitikası və KPI-lərin təhlili.

  • Video content ilə bağlı portfolionun olması.

  • Azərbaycan və rus dillərində sərbəst yazı bacarığı, ingilis dili biliyi üstünlükdür.

  • Ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarığı.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

О компании

Collezione Italia
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya

Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – 3 mərtəbəli 35 min kvadrat metrlik böyük bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.

Все вакансии Collezione Italia
Не указана
SMM
Откликнуться