Biznesin İnkişafı və Korporativ Təqdimatlar üzrə Mütəxəssis

в AT-Geotech MMC

Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
21 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
21 августа 2026

О роли

İşin Mahiyyəti: Şirkətimiz mühəndislik və geologiya sahəsində ixtisaslaşmışdır. Bizə sosial media mütəxəssisi deyil, şirkətin gördüyü texniki işləri dərindən öyrənəcək, şöbə rəhbərləri ilə ünsiyyətdə olaraq məlumatları toplayacaq və bu məlumatları peşəkar PowerPoint təqdimatlarına çevirərək yeni müştərilərə təqdim edəcək vizual strategiya mütəxəssisi lazımdır.

Əsas Fəaliyyət Sahələrimiz (Namizədin öyrənəcəyi istiqamətlər):

Sizdən aşağıdakı 4 əsas istiqamət üzrə şirkətin imkanlarını öyrənmək və təqdimat materialları hazırlamaq tələb olunacaq:

  • Mühəndisi-Geoloji Tədqiqatlar: Tikinti və layihələndirmə öncəsi süxurların analizi;
  • Geoloji Kəşfiyyat Qazması: Faydalı qazıntıların və yerin quruluşunun müəyyən edilməsi;
  • Topoqrafiya: Ərazinin relyef planının və xəritələrinin hazırlanması;
  • Geofizika: Yeraltı strukturların fiziki üsullarla tədqiqi.

Sizin Öhdəlikləriniz:

  • Layihələrin rəsmi adlarını bilmək
  • Layihələrin dövlət və ya dünya əhəmiyyətliliyi bilmək
  • Layihənin hansı şirkət tərəfindən görülməsi və sifarişçinin hansı şirkət olduğunun bilmək
  • Layihə haqqında daha ətraflı və zəruri məlumatların yuxarı rəhbərliklə razılaşdırılmış formada təqdimatlarda və ya veb-saytlarda yerləşdirilməsi üçün təkliflər vermək
  • Arxivlərdən təqdimat və ya veb saytlar üçün uyğun şəkilləri seçmək
  • Layihələrə uyğun olaraq şəkillər çəkmək və çəkilən şəkillərin şirkətin bulud (və ya digər razılaşdırılmış formatda) sistemində layihələr üzrə saxlanılmasını təmin etmək
  • PowerPoint proqramında şirkətin vizit kartı olacaq mükəmməl, müasir və estetik təqdimatların yığılması;
  • Şirkətin xidmətlərinə uyğun yeni potensial müştərilərin tapılması;
  • Potensial müştərilərlə görüşmək və hazırladığınız təqdimatları onlara peşəkar şəkildə təqdim etmək.
  • Şirkətin rəsmi saytlarının mütəmadi olaraq nəzarətdə saxlanılması, məlumatların aktuallığının yoxlanılması və zəruri yenilənmələrin təşkili

Namizədə dair Tələblər:

  • PowerPoint Master: PowerPoint-i sadəcə bilmək yox, yüksək vizual zövqlə istifadə etmək;
  • Öyrənmə Həvəsi: Texniki (mühəndislik/geologiya) mövzulara girməkdən və mürəkkəb prosesləri sadə dildə izah etməkdən qorxmamaq;
  • Təqdimat Bacarığı: Səlis nitq, özünəinam və korporativ müştərilərlə görüşmək qabiliyyəti;
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır, bilən namizədlərə üstünlük veriləcəkdir.)

İş qrafiki:

  • İş yeri: Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi
  • İş rejimi: 5 günlük, saat 09:00 - 18:00
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

О компании

AT-Geotech MMC
Civil Engineering · Baku

AT-Geotech is a Baku-area geological engineering firm providing geotechnical investigation, drilling, laboratory testing, geophysical surveys and land surveying.

Все вакансии AT-Geotech MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Biznesin İnkişafı və Korporativ Təqdimatlar üzrə Mütəxəssis
Откликнуться