Навыки и технологии
О роли
Təsvir
Şirkətimiz premium seqment üzrə daşınmaz əmlakların satışını həyata keçirəcək satış mütəxəssisi axtarır. Namizəd müştərilərin ehtiyaclarını müəyyən edəcək, uyğun obyektləri təqdim edəcək və satış prosesini tam şəkildə idarə edəcək. Əsas məqsəd müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olmaqdır.
Vəzifə öhdəlikləri
- Premium yaşayış mənzillərinin və digər daşınmaz əmlak obyektlərinin təqdimatı və satışı;
- Müştərilərlə güclü əlaqələrin qurulması və onların daşınmaz əmlak ehtiyaclarının müəyyən edilməsi;
- Satış prosesinin tam idarə olunması (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);
- Satış sənədlərinin hazırlanması və prosedurların icrasına nəzarət;
- Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmasının aparılması.
Tələblər
- İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Daşınmaz əmlak satışı və ya premium müştərilərlə iş sahəsində minimum 2 il təcrübə;
- Müştərilərlə etibarlı münasibət qurmaq və yüksək ünsiyyət bacarığı;
- Azərbaycan dilini səlis bilmək ( rus və ingilis dillərini bilməsi arzu olunandır);
- CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
- Satış hədəfləri ilə işləmək və nəticəyönümlü olmaq.
Qeyd: İş yeri Naxçıvan şəhərində yerləşir.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
О компании
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş sistemlər və iş səmərəliliyinə önəm vermək. Vizyonumuz Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.
Все вакансии Facility Management GroupПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


