Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
525–525 ₼
Опубликовано
20 июля 2026
Языки
Azerbaijani, English
Дедлайн
20 августа 2026

О роли

Vəzifə öhdəlikləri:

  • Satış üzrə sorğuların analizi və qiymət təklifinin hazırlanması
  • Müəssisənin keyfiyyət şöbəsi ilə birgə kabel çeşidlərinin analizi və müştəri istəyinə uyğun markalanmaların dəqiqləşdirilməsi
  • Satışla bağlı müştərilərlə mütəmadi əlaqə yaradılması
  • Tender sorğularının analizi, tender təkliflərinin hazırlanması və tender sənədlərinin hazırlanması
  • Şirkətlərin sorğu və tender portallarına məlumatların işlənilməsi
  • Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq
  • Aylıq hesabatların rəhbərliyə təqdim edilməsi

Təhsil tələbləri:

  • Bakalavr (energetika və ya mühəndislik üzrə ali təhsil)

Staja dair tələb:

  • Satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook
  • ERP

Dil bilikləri:

  • Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.

İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: fiks 525 AZN və aylıq bonuslar
  • İş yeri N. Nərimanov rayonu Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

О компании

Caspian Cable Systems
Emal sənayesi, Elektrik enerjisi istehsalı

Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable MMC”, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biridir. 80 000 m2 açıq, 10 000 m2 qapalı sahədə yerləşən fabrikimiz 60 nəfər işçi kollektivi, müasir texnologiya və təcrübəli mühəndis heyəti ilə, dünya keyfiyyət standartlarına uyğun məhsullar istehsal etməkdədir. “Caspian Cable MMC” fəaliyyətinə sadəcə elektrik kabelləri istehsal edərək başlasa da, 2019-cu ildə şirkətimiz böyüməyə gedərək internet və siqnal kabellərinin də istehsalına başlamışdır. Tamamilə yerli sərmayə və istehsala sahib olan “Caspian Cable MMC” geniş çeşiddə, müxtəlif ölçüdə mis və alüminium olmaq üzrə alçaq gərginlikli elektrik kabelləri, CAT5-CAT6-CAT7 ethernet (internet) kabelləri, koaksial (TV) kabelləri, siqnal kabelləri insan sıxlığının yüksək olduğu yerlərdə istifadə olunması məcburi olan və yandığı zaman toksik (zəhərli) qaz buraxmayan və yanmaya davamlı, halogensiz ya da yanmaz kabel (HFFR) istehsalı gerçəkləşdirməkdədir.

Все вакансии Caspian Cable Systems

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
525–525 ₼
Satış əməliyyatçısı
Откликнуться