Vakansiya haqqında

Bu rol Data təhlili üzrə Mükəmməllik Mərkəzi (CoE) funksiyasına rəhbərlik etməklə yanaşı, analitiklərin biznes və məhsul squad-larında effektiv fəaliyyətini, vahid analitika standartlarının tətbiqini, self-service analytics imkanlarının inkişafını və Data məlumat hövzəsi (Lakehouse) üzərində müasir analitika ekosisteminin formalaşdırılmasını təmin edəcək.

  • Təşkilat üzrə Data Analytics strategiyasının, operating modelinin, standartlarının və metodologiyalarının hazırlanmasına və tətbiqinə rəhbərlik etmək;
  • Data Analytics funksiyasını Center of Excellence (CoE) modeli əsasında qurmaq və inkişaf etdirmək;
  • Mərkəzi Data Analytics komandası ilə biznes/məhsul squad-larında çalışan analitiklər arasında effektiv əməkdaşlıq modelini formalaşdırmaq;
  • Squad-larda analitiklərin discovery, problem definition, KPI müəyyənləşdirilməsi, analiz və nəticələrin interpretasiyası mərhələlərində aktiv iştirakını təmin etmək;
  • Biznes problemlərinin analitik use case-lərə çevrilməsini və uyğun analitik yanaşmaların – descriptive, diagnostic, predictive və prescriptive analytics – tətbiqini təmin etmək;
  • Data Lakehouse üzərində analitiklərin effektiv işləməsi üçün analytics və consumption layer yanaşmasının inkişafına rəhbərlik etmək;
  • BI, dashboarding və self-service analytics imkanlarını inkişaf etdirmək, biznes istifadəçilərinin datadan müstəqil və düzgün istifadə imkanlarını artırmaq;
  • Təşkilat üzrə vahid KPI, metric və biznes anlayışlarının formalaşdırılması üçün semantic model / semantic layer yanaşmasının tətbiqinə rəhbərlik etmək;
  • Etibarlı və təkrar istifadə edilə bilən certified analytical datasets/data products üzərində analitika proseslərinin qurulmasını təmin etmək;
  • Dashboard və hesabatların standartlaşdırılması, sertifikatlaşdırılması, istifadə və biznes dəyərinin ölçülməsi üçün yanaşmalar formalaşdırmaq;
  • Ad-hoc reporting-dən daha sistemli, avtomatlaşdırılmış və self-service analitika modelinə keçidi təmin etmək;
  • Müxtəlif data mənbələrindən əldə edilən məlumatlar əsasında trend, root-cause, correlation, segmentation və digər diagnostic analytics metodlarının tətbiqini təşkil etmək;
  • Data keyfiyyəti və biznes definisiyaları ilə bağlı problemlərin Data Governance və Data Engineering komandaları ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
  • Təşkilat üzrə data literacy və data-driven decision-making mədəniyyətinin inkişafına rəhbərlik etmək;
  • Müxtəlif struktur bölmələrin data və analytics maturity / diagnostic assessment qiymətləndirilməsini təşkil etmək, boşluqları müəyyənləşdirmək və inkişaf planları hazırlamaq;
  • Rəhbərlik və biznes komandaları üçün data literacy proqramları, workshop-lar, analitik metodologiyalar və praktiki təlimlərin hazırlanmasını və keçirilməsini təmin etmək;
  • Analitik use case-lərin və təşəbbüslərin biznes təsiri, strateji əhəmiyyəti və icra imkanlarına əsasən prioritetləşdirilməsini təmin etmək;
  • Analitika məhsulları üçün adoption, usage və business impact göstəricilərini müəyyənləşdirmək və izləmək;
  • Data Analytics komandasının strukturunu, kompetensiyalarını və inkişaf planını formalaşdırmaq, analitiklərin mentorluğunu və peşəkar inkişafını təmin etmək;
  • Data Engineering, Data Governance, AI/Data Science, Product və digər funksiyalarla sıx əməkdaşlıq etmək;
  • Data Analytics sahəsində yeni texnologiya və yanaşmaları izləmək, onların təşkilat üçün tətbiq imkanlarını qiymətləndirmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Atatürk prospekti 89 | Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 sentyabr 2026
Son tarix
17 oktyabr 2026
Baxış
19

Şirkət haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Baku
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitikası üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Data təhlili şöbəsinin müdiri
Müraciət et