Məlumatları təhlil edir, biznes problemlərini həll etmək üçün SQL və Python bilikləri tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatları: 09:00–18:00
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Statistika, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Analitika və hesabatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Pivot Table, Power Query və mürəkkəb Excel formulaları ilə işləmə bacarığı;
- Power BI bilikləri üstünlükdür;
- Güclü analitik və riyazi düşüncə;
- Məlumatlarla işləmə və nəticələri düzgün interpretasiya etmə bacarığı;
- Komandaya rəhbərlik və işin koordinasiyası bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış, maliyyə və əməliyyat göstəricilərinin kompleks təhlilini aparmaq;
- Gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Şirkətin əsas KPI göstəricilərini formalaşdırmaq, izləmək və nəticələri təhlil etmək;
- Satış dinamikası, məhsul kateqoriyaları, regionlar və digər biznes göstəriciləri üzrə təhlillər aparmaq;
- Məlumat bazalarının düzgünlüyünə və məlumatların keyfiyyətinə nəzarət etmək;
- Excel və Power BI vasitəsilə dashboard, analitik cədvəl və vizual hesabatlar hazırlamaq;
- Plan və fakt göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
- Analitik nəticələr əsasında biznes proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Rəhbərliyin qərarvermə prosesini dəstəkləyən analitik məlumat və təqdimatlar hazırlamaq;
- Analitik komandanın işini koordinasiya etmək və tapşırıqların icrasına nəzarət etmək;
- Rəhbərliyin tələb etdiyi digər analitik hesabat və təhlilləri hazırlamaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Analitik” qeyd etməyiniz xahiş olunur.
Şirkət haqqında
2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin…
Agro-West DC MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Strateji hədəflərin icrasını izləyir və KPI-lərin ölçülməsi üzrə təcrübə tələb olunur
İqtisadi göstəricilərin proqnozlaşdırılması və maliyyə təhlili üzrə mütəxəssis axtarılır.
Restoran əməliyyatlarının məlumatlarını təhlil edir və biznes qərarları üçün analitik hesabatlar hazırlayır




