Vakansiya haqqında
Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız.
Vəzifə Öhdəlikləri
- Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit portfeli məlumatlarına əsasən təhlil edilməsi və biznes üçün tövsiyyələr verilməsi
- DWH-dan datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.
- Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsinə dəstək olmaq.
- DWH-dan məlumatların çıxarılması və onun əsasında birdəfəlik Ad-hoc və daimi hesabatların hazırlanması.
- Görülən data əsaslı işlərin sənədləşdirilməsi.
- Data Analitikası, CVM, BI və ya CRM analitikası sahəsində minimum 1-2 il iş təcrübəsi
- Oracle SQL, PL/SQL üzrə biliklər və mürəkkəb sorğular (complex queries) yazma bacarığı.
- Superset və ya Tibco spotfire kimi BI alətlərindən sərbəst istifadə edərək kompleks dəşbordların yığılması.
- Mürəkkəb datadan biznes mənasını çıxarma və qərar qəbuletməni dəstəkləyən "insight"-lar yaratma bacarığı.
- Stakeholder-lara və biznes komandalarına datanı sadə və anlaşılan şəkildə izah edə bilmə.
- Detallara diqqət, komandada işləmə və problem həlletmə bacarığı.
- Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
- Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
- Güclü komanda ruhu və müasir korporativ iş mühiti.
Son tarix
November 26, 2026
Paylaşılıb
oktyabr 27, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 600–1 400 ₼ ödəyir, median — 825 ₼.
20 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data analitik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir, Baku Economic Zone daxilində.
Minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Tam ştat iş rejimidir.
Vakansiyanın son müraciət tarixi 26 noyabr 2026-cı ildir.
Namizəd müraciət üçün sənədlərini təqdim etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData analitik üzrə Bakıda digər açıq elanlar.
Biznes məlumatlarını təhlil edir, mürəkkəb sorğular yazmağı və analitik həllər hazırlamağı bacarır
Maliyyə və audit məlumatlarını təhlil etmək və SQL, Python bilikləri tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?



