Müştəri təcrübəsini təhlil edib data inteqrasiyası və keyfiyyətinə nəzarət edir, SQL və Power BI bacarığı tələb olunur
Vakansiya haqqında
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyalty Program Data Analyst” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Kişi və ya xanım namizədlər;
- Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
- Yaş həddi: 22-35;
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Müvafiq sahədə ən azı 2 illik təcrübə;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Excel bilikləri yüksək səviyyədə olmalıdır;
- Phyton və SQL bilikləri də üstünlükdür.
İş öhdəlikləri:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Loyalty Program Data Analyst” başlığı altında göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 600–1 500 ₼ ödəyir, median — 900 ₼.
20 açıq vakansiya, 92 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data analitik kimi öz maaşını yoxlaŞirkət haqqında
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 6 gün davam edir.
Yaş həddi 22-35 arasıdır.
İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisaslar tələb olunur.
Müvafiq sahədə ən azı 2 il təcrübə tələb olunur.
CV-ni “Loyalty Program Data Analyst” başlığı altında göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData analitik üzrə Bakıda digər açıq elanlar.
ERP sistemində məlumatları təhlil edir, hesabatlar hazırlayır və SQL bilikləri tələb olunur
Məlumatların emalı, analizi və Data Governance üzrə təcrübəsi olan aparıcı mütəxəssis axtarılır.
Sığorta məhsulları üzrə analitik hesabatlar hazırlayır və SQL, Power BI bilikləri tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?





