Vakansiya haqqında

PAŞA Sığorta ASC namizədləri Məlumat Analitikası üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Məlumat Analitikası üzrə Təcrübəçi, Məlumatların İdarəedilməsi Departamentinin fəaliyyətinə dəstək olaraq, data əsaslı qərar qəbuletmə proseslərində yaxından iştirak edəcək. Bu rol müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və ilkin emalından tutmuş, SQL sorğularının hazırlanması və BI alətləri vasitəsilə hesabat və dashboard-ların yenilənməsinə qədər geniş bir fəaliyyət spektrini əhatə edir. Təcrübəçi ilkin analitik tapşırıqları yerinə yetirərək, biznes göstəricilərinin hesablanmasına dəstək göstərəcək və əldə edilən nəticələrin təqdimatında iştirak edərək təşkilatın analitik potensialının gücləndirilməsinə töhfə verəcək.

Öhdəliklər

  • Müxtəlif daxili mənbələrdən və fayllardan məlumatların əldə edilməsi və birləşdirilməsi prosesində iştirak etmək;
  • Məlumatlardakı boşluqları, təkrarlanan qeydləri və digər uyğunsuzluqları müəyyən edərək onların aradan qaldırılmasına dəstək göstərmək;
  • Hesabat və analizlərdə istifadə olunan məlumatların tamlığını, dəqiqliyini və uyğunluğunu yoxlamaq;
  • Məlumatların əldə edilməsi, filtrlənməsi və qruplaşdırılması üçün sadə və orta səviyyəli SQL sorğuları hazırlamaq;
  • Müəyyən edilmiş tapşırıqlar üzrə məlumatları təhlil edərək əsas göstəriciləri və sadə trendləri müəyyənləşdirmək;
  • Mövcud metodologiya əsasında əsas biznes göstəricilərinin (KPI) hesablanmasına dəstək göstərmək.

Bilik və Bacarıqlar

  • SQL və fundamental məlumat təhlili bacarıqları üzrə baza bilikləri;
  • BI alətləri (məsələn, Power BI, Tableau), dashboard-lar və məlumatların vizuallaşdırılması üzrə ilkin anlayış;
  • Sığorta göstəriciləri (sığorta haqqı, sığorta ödənişi, zərər nisbəti, yenilənmə, mənfəətlilik) haqqında ilkin anlayış;
  • Statistika, proqnozlaşdırma, trend və anomaliyaların aşkarlanması üzrə başlanğıc səviyyəli biliklər;
  • Analitik düşünmə, effektiv ünsiyyət və komandada işləmə bacarıqları;
  • Biznes problemini analitik suallara çevirmə və nəticələri aydın şəkildə təqdim etmə bacarığı;
  • Sənədləşməyə, məlumat keyfiyyətinə məsuliyyətli yanaşma və nəticəyönümlülük;
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • İqtisadiyyat, Maliyyə, Biznes, Statistika, Riyaziyyat, Data Elmi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi);
  • Müvafiq sahə üzrə iş təcrübəsi və ya təcrübə proqramlarında iştirak arzuolunandır;
  • Power BI/Tableau, SQL, məlumat analitikası, maliyyə təhlili və ya biznes analitikası üzrə sertifikatlar üstünlükdür.

Biz Sizə Təklif Edirik

  • Dəyər yaradan işlər
    Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
  • Birlikdə güclənən komanda
    Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
  • Davamlı inkişaf imkanları
    Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
  • Etimada əsaslanan iş mühiti
    Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Data Analytics Intern and become a member of our professional team.

The Data Analytics Intern will be closely involved in data-driven decision-making processes, supporting the activities of the Data Management Department. This role encompasses a broad spectrum of activities, from collecting, cleaning, and pre-processing data from various sources to preparing SQL queries and updating reports and dashboards using BI tools. The intern will contribute to strengthening the organization's analytical capabilities by performing initial analytical tasks, supporting the calculation of business metrics, and participating in the presentation of findings.

Responsibilities

  • Participate in the process of acquiring and consolidating data from various internal sources and files;
  • Identify and support the resolution of gaps, duplicate records, and other inconsistencies in data;
  • Verify the completeness, accuracy, and consistency of data used in reports and analyses;
  • Develop simple to medium-level SQL queries for data retrieval, filtering, and grouping;
  • Analyze data for assigned tasks to identify key indicators and simple trends;
  • Support the calculation of key business indicators (KPIs) based on existing methodologies.

Knowledge and Skills

  • Basic knowledge of SQL and fundamental data analysis skills;
  • Familiarity with BI tools (e.g., Power BI, Tableau), dashboards, and basic data visualization concepts;
  • Basic understanding of insurance metrics such as premium, claims, loss ratio, renewal, and profitability;
  • Entry-level knowledge of statistics, forecasting, and identifying trends and anomalies;
  • Strong analytical thinking, effective communication, and teamwork skills;
  • Ability to translate business problems into analytical questions and present findings clearly;
  • A responsible approach to documentation and data quality, with a results-oriented mindset;
  • Language skills: Azerbaijani, English

Education and Experience

  • Bachelor’s degree in Economics, Finance, Business, Statistics, Mathematics, Data Science, Computer Science, or a related field;
  • Relevant work experience or participation in internship programs is desirable;
  • Certifications in Power BI/Tableau, SQL, data analytics, financial analysis, or business intelligence are an advantage.

What We Offer

  • Meaningful Work
    Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.
  • A Team That Grows Together
    Opportunity to work in a professional, supportive, and collaborative team environment.
  • Continuous Development Opportunities
    Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.
  • A Trust-Based Work Environment
    A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.

*Only candidates who meet the initial selection criteria will be contacted.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Sahil Plaza, 61 M. Useynov Ave
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 oktyabr 2026
Dillər
Azerbaijani, English
HRX ilə müraciət
5
Baxış
523

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 600–1 400 ₼ ödəyir, median — 825 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Data analitik kimi öz maaşını yoxla

Şirkət haqqında

PASHA Sığorta
Insurance · 501-1,000 · Bakı
PASHA Sığorta — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Namizədlərdən CV və əlaqəli sənədlər tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Data analitik üzrə Bakıda digər açıq elanlar.

Birmarket
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Məhsul və böyümə analitikası aparır, istifadəçi davranışını və məhsul performansını təhlil edir.

Cohort AnalysisCustomer SegmentationData AnalysisData Visualization+16
Müraciət et
Bir
MiddleBakı
Maaş göstərilməyib

Məhsul və böyümə analitikası aparır, istifadəçi davranışını və məhsul performansını təhlil edir.

Cohort AnalysisCustomer SegmentationData AnalysisData Visualization+15
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Məlumat analitikası üzrə təcrübəçi
Müraciət et