Vakansiya haqqında
Birbankda Maliyyə menecmenti departamentinin Strategiya, büdcə və analitika şöbəsinin aparıcı data analitiki rolunda bankın və ekosistemin inkişafına data əsaslı qərarlarla töhfə verəcək, analitikanı real biznes dəyərinə və daha yaxşı müştəri təcrübəsinə çevirəcək peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri
- Kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə müntəzəm və ad-hoc analizlərin hazırlanması;
- Data anbarından (DWH) SQL vasitəsilə məlumatların çıxarılması, təmizlənməsi və biznes məntiqinə uyğun strukturlaşdırılması;
- İdarəetmə hesabatlığı üçün dashboard-ların Power BI və ya Tableau vasitəsilə hazırlanması və dəstəklənməsi;
- Biznes sahibləri ilə tələblərin toplanması və analitik məsələlərin düzgün formalaşdırılması;
- Data keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması və müvafiq komandalarla birgə həll edilməsi;
- Analiz nəticələrinin menecment üçün aydın və interpretasiya yönümlü formatda, biznes izahı ilə təqdim edilməsi;
- Junior analitiklərə metodoloji dəstəyin göstərilməsi və işlərinin nəzərdən keçirilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
- Data analitika sahəsində minimum 3–5 il, bunun ən azı 1 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsi;
- SQL üzrə yüksək səviyyədə bilikləri (Window Functions, CTE, mürəkkəb JOIN-lar, performans optimizasiyası);
- Power BI və ya Tableau ilə real layihə təcrübəsi (Data Model, DAX/LOD, RLS);
- Python və ya R vasitəsilə data emalı və statistik analiz bacarıqları (minimum Pandas, NumPy səviyyəsində);
- Seqmentasiya, korrelyasiya, reqressiya və zaman sıraları üzrə proqnozlaşdırma kimi statistik metodlar üzrə bilik və təcrübə;
- Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
- Problem həlletmə bacarığı və nəticəyönümlülük;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 600–1 500 ₼ ödəyir, median — 900 ₼.
18 açıq vakansiya, 91 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data analitik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
20 noyabr 2026-cı il.
Minimum 3-5 il, bank və maliyyə sektorunda ən azı 1 il təcrübə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Mentorluq, peşəkar inkişaf, yüksək təminatlı sığorta, korporativ endirimlər və tədbirlər mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData analitik üzrə digər açıq elanlar.
Sığorta məhsulları üzrə analitik hesabatlar hazırlayır və SQL, Power BI bilikləri tələb olunur
Maliyyə və audit məlumatlarını təhlil etmək və SQL, Python bilikləri tələb olunur
Biznes məlumatlarını təhlil edir, mürəkkəb sorğular yazmağı və analitik həllər hazırlamağı bacarır
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?




