Vakansiya haqqında
Bu rol bankın əsas biznes göstəricilərinin data əsasında təhlil olunması və nəticələrin biznes qərarlarına çevrilməsinə fokuslanır. Vəzifə kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə analitik yanaşmanın formalaşdırılmasını əhatə edir. Rol çərçivəsində müxtəlif biznes sahələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların müəyyənləşdirilməsi, dashboard və hesabatların hazırlanması gözlənilir. Eyni zamanda, əldə olunan nəticələrin menecmentə aydın və biznes yönümlü şəkildə təqdim edilməsi rolun əsas məsuliyyətlərindəndir.
Vəzifə öhdəlikləri
- Kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə müntəzəm və ad-hoc analizlərin hazırlanması
- Data anbarından (DWH) SQL vasitəsilə məlumatların çıxarılması, təmizlənməsi və biznes məntiqinə uyğun strukturlaşdırılması
- İdarəetmə hesabatlığı üçün dashboard-ların Power BI və ya Tableau vasitəsilə hazırlanması və dəstəklənməsi
- Biznes sahibləri ilə tələblərin toplanması və analitik məsələlərin düzgün formalaşdırılması
- Data keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması və müvafiq komandalarla birgə həll edilməsi
- Analiz nəticələrinin menecment üçün aydın və interpretasiya yönümlü formatda, biznes izahı ilə təqdim edilməsi
- Junior analitiklərə metodoloji dəstəyin göstərilməsi və işlərinin nəzərdən keçirilməsi
Tələblər
- Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsinin olması
- Data analitika sahəsində minimum 3–5 il, bunun ən azı 2 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsinin olması
- SQL üzrə yüksək səviyyədə biliklərin olması (Window Functions, CTE, mürəkkəb JOIN-lar, performans optimizasiyası)
- Power BI və ya Tableau ilə real layihə təcrübəsinin olması (Data Model, DAX/LOD, RLS)
- Python və ya R vasitəsilə data emalı və statistik analiz bacarıqlarının olması (minimum Pandas, NumPy səviyyəsində)
- Seqmentasiya, korrelyasiya, reqressiya və zaman sıraları üzrə proqnozlaşdırma kimi statistik metodlar üzrə bilik və təcrübənin olması
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 800 ₼.
21 açıq vakansiya, 45 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data analitik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri barədə məlumat verilməyib.
İş saatları və günləri barədə məlumat verilməyib.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçData analitika sahəsində minimum 3–5 il, bank/maliyyə sektorunda ən azı 2 il təcrübə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData analitik üzrə digər açıq elanlar.
Omnichannel məhsulu üzrə data idarəetməsini həyata keçirir və data keyfiyyəti üzrə nəzarət edir
Mürəkkəb məlumatları təhlil edir və SQL, Python bilikləri ilə nəticələr təqdim edir
Biznes ehtiyaclarına uyğun data analitikası aparır, SQL və BI alətlərində təcrübəsi olmalıdır.
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?





