Süni intellekt və biznes analitikası üzrə mütəxəssis

İnci Group of Companies

Vakansiya haqqında

İş şəraiti

  • İş rejimi: 5 gün saat 08.30-17.30
  • İş yeri: Bakı şəhəri Ulduz metrosu yaxlnlığı (servis var)
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Şirkətin maliyyə, satış və əməliyyat göstəricilərinin təhlili, məlumatların vahid sistemdə konsolidasiyası və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən interaktiv Dashboard və hesabatların hazırlanması üçün AI və Biznes Analitikası üzrə Mütəxəssis axtarırıq.

Bu vəzifədə çalışan şəxs CEO ilə birbaşa əməkdaşlıq edərək biznes göstəricilərini analiz edəcək, əsas KPI-ları izləyəcək və AI alətlərindən istifadə etməklə hesabatlılıq və analiz proseslərinin avtomatlaşdırılmasına töhfə verəcək.

Təcrübəsi az olan namizədlər üçün

  • Əgər böyük iş təcrübəniz yoxdursa, lakin Power BI, Excel və AI alətlərindən istifadə edərək hazırladığınız fərdi layihələriniz, Dashboard-larınız və ya portfolio nümunələriniz varsa, müraciət etməyinizi tövsiyə edirik.
  • Bizim üçün yalnız əvvəlki iş təcrübəsi deyil, analitik düşüncə, praktiki bacarıq, öyrənmə sürəti və yeni texnologiyalardan effektiv istifadə etmək bacarığı əsas meyarlardandır.

Əsas vəzifə öhdəlikləri

  • Müxtəlif departamentlərdən daxil olan məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və birləşdirilməsi;
  • Maliyyə, satış və əməliyyat məlumatlarının analizi;
  • CEO və rəhbərlik üçün interaktiv və dinamik Dashboard-ların hazırlanması;
  • KPI, ROI və digər əsas biznes göstəricilərinin monitorinqi;
  • Biznes nəticələrində yaranan dəyişiklikləri, riskləri və inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Müntəzəm və ad-hoc analitik hesabatların hazırlanması;
  • ChatGPT, Claude, Gemini və digər AI alətlərindən istifadə etməklə analiz və hesabatlılıq proseslərinin optimallaşdırılması;
  • Təkrarlanan analitik proseslərin avtomatlaşdırılması və işin effektivliyinin artırılması;
  • Məlumat əsasında rəhbərliyə əsaslandırılmış nəticə və təkliflərin təqdim edilməsi.

Namizədə tələblər

  • Biznes analitikası, data analitikası və ya əlaqəli sahədə 1+ il iş təcrübəsi;
  • Power BI, Tableau və ya Looker Studio alətlərindən biri ilə sərbəst işləmə bacarığı;
  • Excel / Google Sheets üzrə yaxşı biliklər – mürəkkəb düsturlar, Pivot Table və analitik modelləmə;
  • AI alətlərindən (ChatGPT, Claude, Gemini və s.) aktiv və effektiv istifadə bacarığı;
  • Prompt Engineering üzrə anlayış və praktik tətbiq bacarığı;
  • Analitik və sistemli düşünmə qabiliyyəti;
  • Məlumatları təhlil edərək nəticələri sadə və anlaşılan formada təqdim etmək bacarığı;
  • Detallara diqqət və yüksək öyrənmə qabiliyyəti.

CV-nizi və varsa Dashboard / Power BI / Excel / AI layihələrinizdən portfolio nümunəsini mövzu hissəsində “AI və Biznes Analitikası üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026

Şirkət haqqında

İnci Group of Companies
Retail · Baku
İnci Group of Companies — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bir
Senior · 3–7 ilBakı
Maaş göstərilməyib

Agile və məhsul proseslərini idarə edir, təhlil edir və optimallaşdırır, analitik bacarıq tələb olunur

Business Process AnalysisData AnalysisStakeholder ManagementNegotiation+19
Müraciət et
Odontos LTD
Senior · 5+ il
Maaş göstərilməyib

Marketinq analitiki bazar və rəqib təhlili aparır, güclü analitik bacarıq tələb olunur

Market ResearchData AnalysisPower BIGoogle Analytics+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Süni intellekt və biznes analitikası üzrə mütəxəssis
Müraciət et