Vakansiya haqqında

Agile və məhsul inkişafı proseslərinin yaradılması, təhlili, idarə edilməsi və davamlı təkmilləşdirilməsi, məhsulun ideyadan relizə qədər keçdiyi end-to-end journey-nin optimallaşdırılması.

Vəzifənin əsas məqsədi mövcud biznes və məhsul proseslərini təhlil etmək, proseslərdəki boşluqları, gecikmələri və manual fəaliyyətləri müəyyənləşdirmək, həmçinin bu journey-ni süni intellekt və digər rəqəmsal alətlər vasitəsilə daha sürətli, səmərəli və ölçüləbilən formaya gətirməkdir.

Vəzifə öhdəlikləri

Agile və məhsul proseslərinin idarə edilməsi

  • Təşkilat daxilində Agile və məhsul proseslərinin yaradılması, tətbiqi və davamlı təkmilləşdirilməsində iştirak etmək;
  • Məhsulun ideyadan relizə və post-release monitorinq mərhələsinə qədər keçdiyi end-to-end journey-ni təhlil etmək;
  • Ideation, prioritetləşdirmə, Discovery, dizayn, Delivery, test, release readiness, release və post-release mərhələləri üzrə prosesləri formalaşdırmaq və optimallaşdırmaq;
  • Məhsulun inkişaf dövrünün müxtəlif mərhələləri arasındakı əlaqələri, qərar nöqtələrini və asılılıqları müəyyən etmək;
  • Proseslər üzrə rolları, məsuliyyətləri, giriş və çıxış meyarlarını, nəzarət nöqtələrini və gözlənilən nəticələri müəyyənləşdirmək;
  • Agile və məhsul proseslərinin təşkilatın strateji məqsədlərinə və biznes ehtiyaclarına uyğunluğunu təmin etmək;
  • Proseslər üzrə qayda, metodologiya, prosedur və digər zəruri sənədləri hazırlamaq və aktuallığını qorumaq;
  • Müəyyən edilmiş proseslərin komandalar tərəfindən düzgün tətbiq olunmasını izləmək və metodoloji dəstək göstərmək.

Biznes proseslərinin təhlili və optimallaşdırılması

  • Mövcud biznes və məhsul proseslərini araşdırmaq və AS-IS proses modellərini hazırlamaq;
  • Təhlil nəticələri əsasında optimallaşdırılmış TO-BE proseslərini dizayn etmək;
  • Biznes flow-larını, proses xəritələrini, journey map-ləri, BPMN və digər proses diaqramlarını hazırlamaq;
  • Proseslərdəki boşluqları, bottleneck-ləri, gecikmələri, təkrarlanan və əlavə dəyər yaratmayan fəaliyyətləri müəyyən etmək;
  • Problemlərin kök səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün həllər hazırlamaq;
  • Biznes ehtiyaclarını toplamaq, təhlil etmək və strukturlaşdırılmış biznes və funksional tələblərə çevirmək;
  • Proseslərin sadələşdirilməsi, standartlaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Tətbiq olunan dəyişikliklərin nəticələrini izləmək və davamlı təkmilləşdirmə tədbirləri müəyyən etmək.

AI əsaslı proses optimallaşdırılması

  • Məhsulun ideyadan relizə qədər keçdiyi journey üzrə AI tətbiq imkanlarını müəyyən etmək;
  • Manual, təkrarlanan və vaxt itkisi yaradan fəaliyyətlərin AI vasitəsilə optimallaşdırılması üçün use case-lər hazırlamaq;
  • AI alətlərindən proses analizi, tələblərin strukturlaşdırılması, sənədləşmə, məlumatların təhlili, monitorinq və hesabatlılıq məqsədilə istifadə etmək;
  • AI əsaslı avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi prosesində biznes və IT komandaları ilə əməkdaşlıq etmək;
  • Təklif edilən AI həllərinin biznes dəyərini, tətbiq imkanlarını və gözlənilən təsirini qiymətləndirmək;
  • AI həllərinin məhsuldarlığa, proses keyfiyyətinə, resurs istifadəsinə və Time to Market göstəricisinə təsirini ölçmək;
  • Yeni AI, Process Mining, Workflow Automation və no-code/low-code alətlərini araşdırmaq;
  • Uyğun texnoloji imkanları konkret proses təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
  • Tətbiq edilmiş AI həllərinin nəticələrini izləmək və onların davamlı inkişafını təmin etmək.

Məlumatların təhlili və hesabatlılıq

  • Proseslərin effektivliyini ölçmək üçün KPI və performans metriklərini müəyyənləşdirmək;
  • Lead Time, Cycle Time, Discovery Duration, Time to Market, process compliance və digər proses göstəricilərini təhlil etmək;
  • Proseslərdəki tendensiyaları, sapmaları və inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Müxtəlif mənbələrdən məlumatları toplamaq, strukturlaşdırmaq və təhlil etmək;
  • Keyfiyyət və kəmiyyət əsaslı araşdırmalar aparmaq;
  • Proses iştirakçılarının rəylərini toplamaq və təhlil etmək;
  • Əldə edilən nəticələri konkret və icra oluna bilən təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
  • Proseslərin vəziyyəti, risklər, əsas problemlər və nəticələr üzrə rəhbərlik üçün hesabat və təqdimatlar hazırlamaq.

Tələblər

  • İngilis dili

Proqramların idarə edilməsi üzrə bacarıqlar

  • Proqramların başlanğıcdan sona qədər dizayn edilməsi və həyata keçirilməsi
  • Vaxtın səmərəli idarə edilməsi və eyni vaxtda bir neçə işin koordinasiyası

Analitik və tədqiqat bacarıqları

  • Məlumatların toplanması, sorğuların hazırlanması və keyfiyyət/kəmiyyət üzrə geribildirimlərin təhlili
  • Əldə olunan nəticələri konkret və tətbiq oluna bilən təkmilləşdirmələrə çevirmək bacarığı
  • Təhsil və məhsul sahələrində yeni trendlərin müəyyənləşdirilməsi üçün bazar araşdırmalarının aparılması

Maliyyə və strateji bacarıqlar

  • Büdcənin planlaşdırılması və xərclərə nəzarət
  • Strateji uzaqgörənlik: trendləri proqram üzrə innovasiyalara çevirmək
  • Proqramların davamlılığını təmin etmək üçün risklərin idarə edilməsi

Fasilitasiya və əməkdaşlıq bacarıqları

  • Workshopların, qrup retrospektivlərinin və Design Thinking sessiyalarının fasilitasiyası
  • Maraqlı tərəflərin (stakeholder) mövqelərinin uyğunlaşdırılması və əlaqələrin qurulması
  • Danışıqların aparılması və münaqişələrin həlli

Texniki və rəqəmsal bacarıqlar

  • Learning Management System (LMS) və əməkdaşlıq alətləri ilə tanışlıq: Miro, MURAL, Trello, Jira, Confluence
  • Məhsuldarlıq və hesabatlıq alətlərindən istifadə: Excel, Power BI, Google Analytics, Tableau
  • Onlayn təlim platformaları ilə iş təcrübəsi: Zoom, MS Teams, Webex

Şəxsi və liderlik bacarıqları

  • Öyrənənlərin ehtiyaclarını anlamaq üçün empatiya və aktiv dinləmə
  • Təşkilatın dəyişən tələblərinə uyğunlaşma bacarığı
  • Aydın və effektiv yazılı və şifahi ünsiyyət, müxtəlif funksiyalararası əməkdaşlıq
  • Liderlik və mentorluq bacarığı

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Yerləşmə
Bakı
Təcrübə
3–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Dillər
English
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Proseslər üzrə ekspert
Müraciət et