Məlumatların idarəedilməsi üzrə korporativ çərçivələri tətbiq edir və məlumat keyfiyyətini təmin edir
Vakansiya haqqında
Əsas vəzifələr
- Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak edilməsi;
- Məlumatların keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi;
- Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
- Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak edilməsi;
- Məlumatların keyfiyyəti ilə bağlı problemlərin müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi;
- Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi;
- Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin təmin edilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Data idarəetməsi (Data Governance), Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş təcrübəsi;
- Məlumatların idarə edilməsi prinsipləri, məlumatların keyfiyyəti və metadata anlayışları üzrə biliklər;
- SQL vasitəsi ilə məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər;
- Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış;
- Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı;
- Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq bacarığı;
- İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi;
- DAMA-DMBOK çərçivəsi və ya digər data menecement metodologiyaları haqqında biliklər;
- Data Governance alətləri haqqında biliklər;
- Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 6 dekabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil tələb olunur.
Data idarəetməsi və data keyfiyyəti üzrə iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData idarəçiliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Dövlət informasiya sistemləri üçün məlumat arxitekturasını hazırlamaq və inkişaf etdirmək tələb olunur
Analitik platformalar üçün data modelləri hazırlayır və bank sahəsində təcrübəyə malikdir.
Biznes problemlərini həll etmək üçün məlumatları təhlil edən və Machine Learning modelləri hazırlayan mütəxəssis.




