Data idarəetmə üzrə funksional sahə rəhbəri

ABB

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyun 2026
Dillər
English, Azerbaijani

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Datanın idarə edilməsi funksional sahəsinə aid olan əməkdaşlara mentorluq etmək, onları Datanın idarə edilməsinə dair prinsip və qaydalarının tətbiqi və dəstəklənməsi üzrə təlimatlandırmaq;
  • Data sahəsinin içərisindəki komandalarda üzv olaraq iştirak etməklə datanın idarə edilməsi prosesləri, o cümlədən data keyfiyyətinin idarə edilməsi, avtomatlaşdırma və ya digər əlaqəli texnoloji məsələlər, habelə biznes ilə əlaqəli məsələlər üzrə gündəlik əsasda öz ekspertizanı komanda üzvlərinə təqdim etmək;
  • İşlədiyi agile komandanın KPİ-larına nail olması üçün öz tövhəsini vermək, komandanın aktiv üzvü olaraq öz funksiyalarını icra etmək;
  • Datanın idarə edilməsi üzrə analitiklər tərəfindən funksional sahədə mövcud olan iş qaydalarına və proseslərin keyfiyyət standartlarına riayət edilməsini təmin etmək;
  • Datanın idarə edilməsi üzrə analitiklərin təlim ehtiyaclarını müəyyən etmək və həmin ehtiyacların təmin edilməsi üçün tədbirlər görmək;
  • Bankın daxilində datanın idarə edilməsinin önəmliyi, onun əhatə etdiyi proseslərlə bağlı maarifləndirmə və kommunikasiya işlərini aparmaq;
  • Data stewardlarının və Data sahiblərinin, habelə başqa funksional sahə rəhbərləri və məhsul sahiblərini datanın idarə edilməsi üzrə məlumatlandırmaq, onlar üçün təlimlər keçirtmək, əməkdaşlıq edib bilik paylaşımlarını etmək, onlara datanın idarə edilməsi sahəsində məsləhətçi rolunda çıxmaq;
  • Datanın idarə edilməsi üzrə funksional sahəsinin formalaşdırılması üçün işə qəbul proseslərində aktiv iştirak etmək;
  • Datanın idarə edilməsi sahəsində ən yeni trend və texnologiyalar barədə məlumatlı olmaq, yeniliklər barədə həmkarlarını məlumatlandırmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya biznes/iqtisadi/maliyyə təhsilə ;
  • Bankda və ya fintech şirkətində minimum 5 il təcrübəyə,
  • Xarici dil biliyinə (ingilis dili mütləqdir);
  • Datanın idarə edilməsi üzrə əsaslı biliklərə (müvafiq sertifikatların əldə edilməsinə üstünlük verilir);
  • Bank biznesi üzrə əsaslı biliklərə;
  • Analitik məlumat bazalarının dizaynına və qurulmasına, data modelləşdirilməsinə aid əsaslı biliklərə;
  • MS Excel üzrə yüksək səviyyəli biliklərə;
  • SQL, Python proqramlaşdırma dillərinə dair biliklərə;
  • Datanın idarə edilməsi üzrə proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulan proqram təminatları üzrə ümumi biliklərə;
  • Əla kommunikasiya bacarığı, xüsusilə biznes nümayəndələri ilə təmas qurmaq bacarığına;
  • Dinamik iş mühitində fəaliyyət göstərmək bacarığına;
  • Özünü inkişaf etmə bacarığına;
  • Təşəbbüskarlıq və proaktivlik, vaxtın düzgün idarə edilməsi və tapşırıqların müstəqil şəkildə prioritetləşdirillməsi hesabına yüksək səviyyəli nəticələrə çatmasına;
  • Komandanı idarə etmək və koçinq etmək üzrə güclü bacarıqlara;
  • Tamamilə müstəqil şəkildə işləmək və işini düzgün təşkil etmək bacarığına;
  • Agile mühitində çoxsaylı texniki və biznes həmkarlarla işləmək bacarıqlarına;
  • Güclü analitik bacarıqlara sahib namizəddir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Şirkət haqqında

ABB
Banking · Baku

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

ABB — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Data idarəetmə üzrə funksional sahə rəhbəri
Müraciət et