Vakansiya haqqında

Vəzifənin məqsədi

  • AS Group-un ERP sistemi və korporativ ekosistemində məlumatların vahid, etibarlı və analitik istifadə üçün yararlı şəkildə formalaşdırılmasını təmin etmək. Data Engineer məlumat anbarının (DWH) qurulması və inkişafı, ETL/ELT proseslərinin yaradılması, müxtəlif sistemlər arasında inteqrasiyaların təmin edilməsi, məlumatların keyfiyyətinin və sənədləşdirilməsinin təşkilinə cavabdeh olacaq.

İşin təsviri:

  • ERP modulları və digər mənbələr əsasında məlumat anbarının (DWH) layihələndirilməsi və inkişaf etdirilməsi;
  • ETL/ELT məlumat axınlarının qurulması və müşayiət edilməsi, məlumatların müntəzəm və dayanıqlı yüklənməsinin təmin edilməsi;
  • ERP, korporativ portalı və xarici məlumat mənbələri arasında inteqrasiyaların qurulması;
  • Raw, staging və data marts səviyyələrindən ibarət məlumat modellərinin hazırlanması;
  • BI və idarəetmə hesabatları üçün məlumat vitrinlərinin (data marts) hazırlanması və hesabatların avtomatlaşdırılması;
  • Məlumatların keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi — tamlıq, dublikatlar və məlumatların konsistentliyinin yoxlanılması;
  • Vahid məlumat kataloqlarının və məlumat modellərinin formalaşdırılması, məlumat axınlarının və mənbələrin sənədləşdirilməsi;
  • Proqnozlaşdırma və analitika üçün məlumat dəstlərinin hazırlanması;
  • Məlumat yükləmələrinin monitorinqi, problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Biznes tələblərinin məlumat modellərinə və analitik həllərə çevrilməsində biznes və analitika komandaları ilə əməkdaşlıq.

Tələb olunanlar:

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Məlumatların emalı və pipeline-ların hazırlanması üçün Python bilikləri;
  • API və JSON/CSV/XML kimi məlumat formatları ilə işləmə bacarığı;
  • Rus dilində sərbəst ünsiyyət və yazılı nitq; İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.

Şəxsi keyfiyyətlər:

  • Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
  • Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
  • Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
  • Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
  • Komanda ilə effektiv əməkdaşlıq.

İş şərtləri:

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü
  • İş yeri: Zahid Xəlilov küç.576

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı;
  • Stabil və peşəkar iş mühiti;
  • AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;
  • Data istiqamətinin sıfırdan qurulmasında iştirak və arxitekturaya təsir etmək imkanı;
  • Güclü development komandası;
  • Karyera və peşəkar inkişaf imkanları.

İş şərtləri

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
Russian, English
Son tarix
19 sentyabr 2026

Şirkət haqqında

AS Group
Construction · Baku
AS Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Məlumat anbarı və ETL proseslərini qurur, məlumat keyfiyyətinə nəzarət edir.

ETLData ModelingData WarehouseELT+7
Müraciət et
Maaş göstərilməyib3 gün qalıb

Biznes analitik kimi məlumatları təhlil edir və layihələrdə iştirak edir, güclü analitik bacarıq tələb olunur.

Business AnalysisProject ManagementData ManagementData Modeling+4
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Data mühəndisi
Müraciət et