Məlumatların toplanması, emalı və AI həllərinin hazırlanması üçün Python və Data Engineering bacarıqları tələb olunur
Vakansiya haqqında
Caspel Süni intellekt departamentinin komandasına Data mühəndisi axtarılır!
Tələblər
Kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Data mühəndisliyi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
Python və SQL üzrə güclü biliklər;
ETL/ELT proseslərinin qurulması və data pipeline alətləri (Apache Airflow, dbt və s.) ilə iş təcrübəsi;
Relational (PostgreSQL, MySQL, MS SQL) və NoSQL (MongoDB, Redis) məlumat bazaları ilə iş təcrübəsi;
Vector verilənlər bazaları (Qdrant, Milvus, pgvector və s.) üzrə biliklər;
Docker, Linux, Git və CI/CD prosesləri üzrə biliklər;
Məlumatların modelləşdirilməsi, data keyfiyyəti və data governance anlayışları;
Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Rus dili arzuolunandır.
Öhdəliklər
Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və inteqrasiyası üçün ETL/ELT proseslərinin qurulması və dəstəklənməsi;
Data pipeline-ların layihələndirilməsi, avtomatlaşdırılması və monitorinqi;
Data warehouse və data lake infrastrukturunun qurulması və idarə olunması;
AI və ML modelləri üçün keyfiyyətli dataset-lərin hazırlanması və aktual saxlanılması;
RAG sistemləri üçün məlumatların emalı, vektorlaşdırılması və vector bazalarında idarə olunması;
Real vaxt (streaming) və batch məlumat axınlarının qurulması və dəstəklənməsi;
Məlumat keyfiyyətinin yoxlanılması, validasiya qaydalarının tətbiqi və problemlərin aradan qaldırılması;
Məlumatların təhlükəsizliyi və məxfiliyi tələblərinə riayət olunmasının təmin edilməsi;
Data infrastrukturunun performansının optimallaşdırılması və miqyaslandırılması;
Texniki sənədləşdirmənin aparılması və AI komandası daxilində sıx əməkdaşlıq.
Şəxsi keyfiyyətlər
Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
Diqqətlilik və işə keyfiyyətli yanaşma;
Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.
Əlavə məlumatlar
Əmək haqqı: razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Şirkət haqqında
“CASPEL” – biznesə köməyə gələn IT Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür. “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir.
Caspel MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məlumat elmi layihələri üçün ETL qurur və ML modellərini idarə edir.
Backend C# .NET üzrə proqramlar hazırlamaq və ən son texnologiyalardan xəbərdar olmaq.




