Mürəkkəb məlumatları təhlil edir və maşın öyrənməsi modelləri hazırlayır, Python bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- Müştəri davranışının proqnozlaşdırılması üzrə maşın öyrənməsi modellərinin (Churn, Next Best Product/Offer, Customer Lifetime Value və s.) hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Müştəri məlumatlarının təmizlənməsi, emalı və ilkin təhlilini (EDA) həyata keçirmək, əsas tendensiyaları və qanunauyğunluqları müəyyənləşdirmək;
- Data Science komandasının dəstəyi ilə maşın öyrənməsi modellərinin hazırlanması, test edilməsi və nəticələrinin qiymətləndirilməsində iştirak etmək;
- Müştəri seqmentasiyası, məhsul təkliflərinə meyillilik (Propensity Scoring) və digər analitik layihələr üzrə araşdırmalar aparmaq və sadə prototiplərin hazırlanmasına dəstək vermək;
- Mövcud modellərin performans göstəricilərinin (AUC, Gini, Precision, Recall və s.) təhlili və monitorinqi prosesində iştirak etmək.
Tələblər
- İqtisadiyyat, Riyaziyyat, Statistika, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya digər əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
- Data Science, Machine Learning və müştəri analitikası sahələrinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
- Maşın öyrənməsinin əsas anlayışları (reqressiya, təsnifat, modelin qiymətləndirilməsi və s.) üzrə nəzəri biliklər;
- Statistika və ehtimal nəzəriyyəsinin əsasları, statistik testlər və məlumatların təhlili üzrə ilkin biliklər
- Python proqramlaşdırma dili üzrə baza bilikləri;
- SQL üzrə baza bilikləri (SELECT, JOIN, GROUP BY və s.);
- Məlumatların təmizlənməsi, ilkin təhlili (EDA) və nəticələrin şərh edilməsi barədə ümumi anlayış;
- Tableau, Power BI və ya digər məlumat vizuallaşdırma alətləri ilə tanışlıq əlavə üstünlükdür;
- Git və versiya nəzarəti sistemləri haqqında ilkin anlayış əlavə üstünlükdür;
- Churn, NBP/NBO və digər müştəri analitikası modelləri haqqında məlumatlılıq əlavə üstünlükdür;
- Analitik düşüncə və problemlərə sistemli yanaşma bacarığı;
- Detallara diqqət və tapşırıqların dəqiqliklə yerinə yetirilməsi;
- Öyrənməyə həvəs, təşəbbüskarlıq və özünüinkişafa motivasiya;
- Effektiv ünsiyyət və komandada işləmə bacarığı;
- Dəyişən şəraitə uyğunlaşmaq və yeni texnologiyaları sürətlə mənimsəmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi, məsuliyyətlilik və işə ciddi yanaşma.
İş təcrübəsi tələb olunmur. Universitet layihələri, şəxsi Data Science layihələri, Kaggle yarışlarında iştirak və ya müvafiq təlimlərin tamamlanması vacibdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data scientist üzrə bazar adətən 504–1 400 ₼ ödəyir, median — 1 000 ₼.
13 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data scientist kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İş təcrübəsi tələb olunmur, lakin universitet layihələri və şəxsi Data Science layihələri vacibdir.
Python və SQL üzrə baza bilikləri tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData scientist üzrə Bakıda digər açıq elanlar.
Müraciət edən data science və AI həlləri yaradır, Python və SQL bilikləri tələb olunur.
Məlumat elmi və süni intellekt həlləri yaradır, Python və SQL bilikləri tələb olunur.



