Biznes problemlərini həll etmək üçün məlumatları təhlil edən və Machine Learning modelləri hazırlayan mütəxəssis.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;
- Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;
- SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;
- Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;
- Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.
Namizədə dair tələblər
- Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil;
- SQL üzrə yüksək səviyyədə biliklər;
- Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı;
- Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər;
- Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları;
- Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı;
- Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı.
- İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində).
Üstünlük verilir:
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər;
- Data anbarı və data modelləri üzrə biliklər.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data scientist üzrə bazar adətən 600–1 500 ₼ ödəyir, median — 1 300 ₼.
12 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data scientist kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Son müraciət tarixi 6 dekabr 2026-cı ildir.
Müraciət üçün TuranBank ASC-nin İşə Qəbul Portalında qeydiyyatdan keçmək tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData scientist üzrə Bakıda digər açıq elanlar.
AI və machine learning layihələrinə rəhbərlik edən, Python və MLOps bilikləri tələb edən data scientist axtarılır.
Bankın biznes və risk departamentlərinin problemlərini həll etmək üçün analitik modellər qurmaq və tətbiq etmək.
Mürəkkəb biznes problemlərini həll etmək üçün AI/ML əsaslı həllər hazırlayır və tətbiq edir, Python bilikləri tələb olunur.




