Vakansiya haqqında

Təsvir

Aktivlərin İdarə Edilməsi komandamıza qoşulacaq təcrübəli Hesabatlılıq üzrə Ekspert / Baş mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi maliyyə və əməliyyat hesabatlarının hazırlanması və inkişaf etdirilməsi, hesabat proseslərinin avtomatlaşdırılması və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən etibarlı və dəqiq məlumatların təmin edilməsidir.

Əsas vəzifələr:

  • Maliyyə və əməliyyat hesabatları üçün Power BI hesabatları, dashboardlar və data həllərini hazırlamaq, inkişaf etdirmək və dəstəkləmək.
  • Power BI, Python/Pandas, Excel və Azure xidmətlərindən istifadə etməklə məlumatların toplanması, transformasiyası və hesabat proseslərini avtomatlaşdırmaq.
  • Məlumat axınlarını (data pipelines) qurmaq və idarə etmək, məlumatları emal etmək, Azure SQL-ə yükləmək və planlaşdırılmış data yenilənmələrini təmin etmək.
  • P&L, Trial Balance, Balance Sheet, Cash Flow və CAPEX daxil olmaqla maliyyə hesabatları üzrə məlumat dəstlərini və modelləri hazırlamaq və dəstəkləmək.
  • Power BI Service üzrə iş sahələrini (workspaces), dataset/semantic modelləri, data yenilənmələrini, giriş hüquqlarını və hesabatların yerləşdirilməsini idarə etmək.
  • İdarəetmə hesabatları üçün data modelləri, transformasiyalar və DAX ölçülərini (measures) hazırlamaq.
  • Müxtəlif biznes sistemləri və mənbə fayllarından məlumatları inteqrasiya etmək və əməliyyat hesabatlarını hazırlamaq.
  • Məlumat keyfiyyəti və hesabatlarla bağlı problemləri araşdırmaq, mənbə məlumatlarını hesabat nəticələri ilə üzləşdirmək və uyğunsuzluqları aradan qaldırmaq.
  • Hesabat həlləri və prosesləri üzrə texniki və istifadəçi sənədlərini hazırlamaq və aktual saxlamaq.
  • Biznes və IT tərəfdaşları ilə əməkdaşlıq edərək hesabat tələblərini müəyyənləşdirmək və onları praktik texniki həllərə çevirmək.

Tələblər

  • Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Mühəndislik, Biznes, Maliyyə və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür.
  • Reporting, BI, data analytics, data engineering və ya oxşar sahədə ən azı 4 il iş təcrübəsi.
  • Power BI (Desktop və Service), data modelling, DAX, SQL və Advanced Excel üzrə praktiki təcrübə.
  • Python (Pandas, openpyxl) və ETL/data transformation üzrə təcrübə.
  • Azure SQL, Azure Blob Storage, Azure Data Factory, Azure Functions və ya oxşar Azure xidmətləri üzrə bilik.
  • Hesabatların avtomatlaşdırılması, data quality və data reconciliation sahələrində təcrübə.
  • Bir neçə biznes vahidi/şirkət üzrə maliyyə və əməliyyat hesabatlarının hazırlanması təcrübəsi üstünlükdür.
  • İngilis dili biliyi.
  • Güclü analitik və problem həll etmə bacarıqları, məlumatların dəqiqliyinə yüksək diqqət.
  • Texniki olmayan tərəfdaşlarla effektiv ünsiyyət qurmaq və təkrarlanan hesabatların son tarixlərini müstəqil şəkildə idarə etmək bacarığı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Crescent Offices, 64 Neftchilar Avenue
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 noyabr 2026
Dillər
English
Son tarix
23 dekabr 2026
Baxış
217

Şirkət haqqında

PASHA Real Estate
Real Estate · 5,001-10,000 · Bakı
PASHA Real Estate — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Bu vəzifə üçün ən azı 4 il iş təcrübəsi tələb olunur.

Power BI, Python, Excel və Azure xidmətləri əsas proqram təminatlarıdır.

İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Mühəndislik, Biznes və Maliyyə sahələri üstünlükdür.

Bəli, ingilis dili biliyi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Hesabat analitiki üzrə Bakıda digər açıq elanlar.

TP Engineering and Consultancy
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Layihə nəzarət komandası üçün Power BI və SQL istifadə edərək hesabatlar hazırlamaq və dəstəkləmək.

Power QueryDAXData ModelingPython+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
PASHA Life
Təcrübəli mütəxəssis · 3–5 ilBakı
Maaş göstərilməyib

Sığorta məhsulları üzrə analitik hesabatlar hazırlayır və SQL, Power BI bilikləri tələb olunur

Data AnalysisData ModelingAnalytical ReportingSQL+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hesabat üzrə baş mütəxəssis
Müraciət et