Hesabatvermə və analiz üzrə mütəxəssis

Tam Store

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Gəlir, xalis mənfəət və satış performansı kimi əsas fəaliyyət göstəricilərinii (KPI) izləmək məqsədilə hesabatların və panel tabloların hazırlanması;
  • Satış proqnozlarının və büdcə planlarının hazırlanması prosesinə dəstəyin göstərilməsi;
  • Qiymət strategiyalarının satışlara və mənfəətlilik göstəricilərinə təsirinin qiymətləndirilməsi;
  • Promosiyalar, endirimlər və satış kampaniyalarının maliyyə effektivliyinin təhlil edilməsi;
  • Məhsullar və məhsul kateqoriyaları (məsələn, təzə məhsullar, süd məhsulları, dondurulmuş məhsullar və s.) üzrə satış performansının təhlil edilməsi, yüksək və aşağı nəticə göstərən istiqamətlərin müəyyənləşdirilməsi;
  • Aylıq satış və mənfəət göstəriciləri üzrə hesabatların, eləcə də rəhbərlik üçün təqdim olunan hesabat paketlərinin hazırlanmasına dəstəyin göstərilməsi;
  • ERP sistemləri arasında məlumat inteqrasiyasının düzgünlüyünün yoxlanılması və təhlil edilməsi;
  • Mühasibatlıq şöbəsi tərəfindən qeydə alınan əməliyyatların monitorinqinin həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
  • Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması bacarığı;
  • Müstəqil işləmək, prioritetləri müəyyənləşdirmək və son tarixləri (deadline) effektiv şəkildə idarə etmək bacarığı;
  • ERP sistemləri ilə işləmə təcrübəsi;
  • Power BI proqramı ilə işləmə bacarığı üstünlük hesab olunur.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Hesabatlılıq sahəsində minimum 1 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hesabatvermə və analiz üzrə mütəxəssis
Müraciət et