Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Gəlirlilik və Biznes Keys Təhlili:
-Gəlirlilik hesabatlarının təqdim edilməsi bank məhsullarının, seqmentlərin, squadların və müştərilərin qiymətləndirilməsi üçün əsasdır. Təqdim edilən hesabatlar biznes seqmentlərə və məhsul sahiblərinə öz nəticələrini izləmək, məhsullar və ya müştərilərlə bağlı faktiki nəticələrə əsaslanan qərarlar vermək prosesinə töhfə verir. Bu hesabatların hazırlanması üçün gəlir və xərclərin Fəaliyyət Əsaslı (Activity Based Costing) bölüşdürülməsi metodologiyasının tətbiq edilməsi;
-Məhsulun təhlilində fəal iştirak etmək, biznes keyslərin qiymətləndirilməsi üçün vacib məlumatların təqdim edilməsi;
Əsas fəaliyyət göstəricilərinin (ƏFG, KPI) monitorinqi üçün hesabatlar hazırlamaq:
-Biznes seqmentlər və squadlar üçün ƏFG-lərin faktiki nəticələrinin ölçülməsi üçün hesabatlar təqdim etmək;
-Bankın İllik və Strateji ƏFG-lərinin haqqında dəqiq və vaxtında məlumatın təqdim edilməsi;
Hesabatların hazırlanmasında BI (Business Intelegence) Alətlərindən istifadə etmək:
-İdarəetmə hesabatlarını təqdim etmək üçün Bank daxilində Tableau kimi qabaqcıl BI alətlərinin tətbiq edərək yuxarı menecment və biznes seqmentlərinin ehtiyacları üçün fərdiləşdirilmiş mürəkkəb qrafik və vizuallardan istifadə edərək hesabatlar hazırlanması. Bundan əlavə, monitorlar, televizorlar, planşetlər və mobil cihazlarda istifadə üçün uyğunlaşdırılmış hesabatlar hazırlamaq;
Use Case-lərin hesablanması prosesində iştirak:
-Biznesin təkmilləşdirilməsi və gəlirliliyi təmin etmək üçün Data Science komandası tərəfindən hazırlanmış use case-lər üçün məlumatların müəyyən edilməsinə dəstək olmaq və faktiki nəticələrin yenidən hesablamaq. Bundan əlavə, use case-lər üzrə ƏFG-ləri hesablamaq və avtomatlaşdırmaq, həm bankın, həm də PAŞA Maliyyə Holdinq Data Governance komandalarına faktiki nəticələri çatdırmaq;
Müxtəlif layihə və təşəbbüslər üçün məlumatlar təqdim etmək:
-Bankın kart biznesinə görə Kapital Bankla aparılan hesablaşmalar üçün faktiki nəticələrin təqdim edilməsi;
-Hər bir əməliyyat üçün “Interchange” gəlir və xərclərinin hesablanmasında iştirak etmək.
-Bankın kredit qabiliyyətini qiymətləndirmələri üçün üçüncü tərəf reytinq agentliklərinə (Standard & Poor's və Fitch) ətraflı hesabatlar və məlumat paketləri təqdim etmək. Həmçinin konsaltinq şirkətlərinə (McKinsey və Boston Consulting Group) məlumatlar, təhlillər və bankın məhsulları ilə bağlı maliyyə və qeyri maliyyə məlumatları təqdim etmək;
Hesabatlılıq departamentinin digər funksiyalarını dəstəkləmək:
-Həm Tənzimləyici Hesabatlılıq Şöbəsinə, həm də Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupuna dəstək vermək;
-Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupu tərəfindən ilk olaraq alınan, lakin İdarəetmə Hesabatlılıği Şöbəsinin təcrübəsini tələb edən gəlirliliklə bağlı sorğuların cavablandırmaq. Bundan əlavə, tənzimləyici hesabatların avtomatlaşdırılmasına töhfə vermək.
Tələblər
Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Lisenziya / Sertifikat: Maliyyənin modelləşdirilməsi, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikata üstünlük verilir;
Xarici dillər: İngilis dili (səlis);
Kompüter bilikləri: SQL (yaxşı səviyyədə), MS ofis proqramları (Excel yaxşı səviyyədə), VBA, Tabelau (arzu olunandır).
Şirkət haqqında
PASHA Bank is one of Azerbaijan's leading corporate banks. Established in 2007, we offer all major financial services, including investment banking, trade financing and asset management to a range of clients, from large corporates to small and medium enterprises. The Bank particularly works closely with companies operating in the non-oil sectors of the economy, including agriculture, transportation, construction and retail, which are vital for helping Azerbaijan to diversify its economy. PASHA Bank is the largest private bank in Azerbaijan by total equity, and one of the top 3 private banks by assets. As of 30 June, 2019, the Bank's assets exceeded AZN* 4,483 million, while its total capital amounted to AZN 435 million. PASHA Bank is headquartered in Baku and has a total of 6 business centres, 3 branches and 2 FX offices across Azerbaijan. In 2013, we opened our first office in Georgia and office in Turkey in 2014. Our long-term regional vision envisages creating interconnected banking operations that will facilitate rapidly growing trade and deal flow between Baku, Tbilisi and Istanbul, the three most vibrant markets of the region.
PASHA Bank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



