Məlumatları toplayır, təmizləyir, analiz edir və Power BI ilə hesabatlar hazırlayır.
Vakansiya haqqında
Vəzifə haqqında
-
Senior / Lead Power BI Developer olaraq siz iri miqyaslı BI layihələrimizdə enterprise səviyyəli Power BI həllərinin, dərin DAX hesablamalarının və kompleks analitik Data Model-lərin sıfırdan qurulması, optimallaşdırılması və biznes KPI-larına çevrilməsinə rəhbərlik edəcəksiniz.
Görəcəyiniz işlər
- Enterprise səviyyəli Power BI həllərinin hazırlanması.
- Vahid hesabat modelinin və göstəricilər kataloqunun yaradılması.
- DAX measure-ların hazırlanması və sənədləşdirilməsi.
- Faktların, ölçülərin, təqvimlərin və əlaqələrin modelləşdirilməsi.
- Göstəricilərin PostgreSQL-də yoxlanılması.
- Row-Level Security-nin qurulması və test edilməsi.
- Məlumatların yenilənməsi və refresh problemlərinin araşdırılması.
- Power BI modellərinin, DAX hesablamalarının və vizuallaşdırmaların optimallaşdırılması.
- Biznes tələblərinin ölçülə bilən KPI və hesabatlara çevrilməsi.
- Hesabatların istifadəçi qəbuluna qədər çatdırılması.
Sizdən Gözləntilərimiz
- Güclü Power BI təcrübəsi.
- DAX üzrə dərin biliklər.
- Power Query / M.
- Yaxşı SQL bilikləri.
- Dimensional modelling prinsiplərinin yaxşı başa düşülməsi.
- RLS və data refresh ilə iş təcrübəsi.
- Power BI ilə verilənlər bazası arasındakı göstərici fərqlərini araşdırmaq bacarığı.
- Biznes tələblərini dəqiq göstəricilər və qəbul meyarlarına çevirmək bacarığı.
- Böyük PostgreSQL → Power BI layihələri.
Təklif etdiyimiz
- Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
- Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
- Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
- Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
- Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.
Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Senior / Lead Power BI Developer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Biz 15+ ildir ki, uyğunlaşdırılmış veb və mobil proqram proqramları inkişaf etdiririk. Dövlət qurumları, böyük müəssisələr və KOM-lar öz məlumatları, sistemləri və xidmətləri ilə bizə etibar edirlər.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Çevik iş saatları ilə rahat iş rejimi təklif olunur.
Təcrübə və bacarıqlara uyğun rəqabətqabiliyyətli əməkhaqqı və bonuslar verilir.
Beynəlxalq sertifikasiya proqramlarında iştirak və təlim imkanları mövcuddur.
CV-nizi mövzu hissəsində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPower BI developer üzrə Bakıda digər açıq elanlar.
Mürəkkəb data pipeline-lar dizayn edir və Apache Spark üzrə qabaqcıl bilik tələb edir.
Yüksək performanslı data infrastrukturu qurur və saxlayır, Java və Rust bilikləri tələb olunur.
HR məlumatlarını təhlil edir, hesabatlar hazırlayır və işçi qüvvəsi planlamasında iştirak edir.



