Emissiya məlumatlarını təhlil edir, hesabatlar hazırlayır və Python, Excel bilikləri tələb olunur.
Vakansiya haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Data Analitik” vakansiyası elan edir.
Tələblər:
- Təhsil: Ali;
- Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi
- Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);
- SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;
- Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri;
- Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı;
- Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması;
- Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;
- MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi;
- Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;
- Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data analitik üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 800 ₼.
24 açıq vakansiya, 56 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data analitik kimi öz maaşını yoxlaŞirkət haqqında
166 Yükdaşıma və Logistika is an Azerbaijani freight and logistics company established in 2012, offering cargo transportation, moving, warehousing and international shipping, plus cleaning and related services.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı müsahibə əsasında təyin olunur.
İş yeri Zərifə Əliyeva 55., Yeni Həyat Plaza ünvanındadır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData analitik üzrə Bakıda digər açıq elanlar.
Məlumatların təhlili və BI hesabatlarının hazırlanmasında iştirak edir, SQL və Power BI bilikləri tələb olunur.
Məlumatların emalı, analizi və Data Governance üzrə təcrübəsi olan aparıcı mütəxəssis axtarılır.
Satış və müştəri məlumatlarını təhlil edir, Excel və Power BI bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?





