Süni intellekt və data analitika şöbəsini idarə edir, SQL və maşın öyrənməsi bilikləri tələb olunur.
Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Şöbə rəisi vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
ƏSAS VƏZİFƏLƏRİ:
1. Əmək və icra intizamı qaydalarına riayət etmək.
2. Bank və kommersiya sirrini qorumaq.
3. Birbaşa rəhbərin və Bank rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq icra etmək.
4. Şöbənin fəaliyyət istiqamətləri üzrə işlərin planlaşdırılmasını, təşkilini və icrasına nəzarəti təmin etmək.
5. Müvafiq sahəyə aid Azərbaycan Respublikasının qanunvericiliyini, həmçinin bankdaxili normativ sənədləri bilmək və tətbiq etmək.
6. Məlumatların keyfiyyətinin idarə edilməsinə nəzarət etmək, məlumat anbarı (DWH) və data analitika sistemlərinin inkişafını təmin etmək.
7. Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə layihələrə rəhbərlik etmək.
8. Böyük həcmli məlumatların emalı və analitik nəticələrin idarəetmədə tətbiqi üçün müasir yanaşmaların həyata keçirilməsini təmin etmək.
9. Şöbənin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, onların qarşısında qoyulan tapşırıqların icrasına nəzarət etmək.
Tələblər
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil (informatika, tətbiqi riyaziyyat, kompüter elmləri və ya müvafiq sahə).
- Verilənlər bazaları ilə işləmək və SQL üzrə yüksək biliklər.
- DWH, Data Engineering və BI ekosistemləri üzrə ən azı 5 il iş təcrübəsi.
- Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması, tətbiqi və monitorinqi üzrə təcrübə.
- Python və ya R dillərində proqramlaşdırma bilikləri, müvafiq kitabxanalar (Pandas, NumPy, Scikit-learn, TensorFlow, PyTorch) ilə işləmə bacarığı.
- Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi.
- Layihələrin idarə olunması sahəsində bilik və bacarıqlar.
- Menecment və komanda idarəetmə təcrübəsi.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVerilənlər elmi və süni intellekt şöbəsinin müdiri üzrə Bakıda digər açıq elanlar.
Mürəkkəb məlumatları təhlil edir, iGaming sahəsində təcrübə ilə biznes analitikası aparır.
Məlumatların emalı və inteqrasiyası üzrə işləyir, Python və SQL bilikləri tələb olunur.
Risk data analitiki kimi böyük həcmli məlumatları təhlil edir və risk modellərini təkmilləşdirir

