Müştərilərin istəklərinə uyğun mebel dizaynı və 3D vizuallaşdırma işlərini görür, AutoCAD və 3ds Max proqramlarında təcrübəsi olmalıdır.
3D dizayner (Tədbir və məkan dizaynı)
Vakansiya haqqında
İş haqqında məlumat
- AMBIANCE Planning & Decor toy, özəl tədbirlər, korporativ tədbirlər və brend təqdimatları sahəsində fəaliyyət göstərən kreativ tədbir planlaşdırma və dekorasiya şirkətidir.
- Komandamıza kreativ düşüncəyə, estetik zövqə və 3D modelləşdirmə bacarıqlarına sahib dizayner axtarırıq.
Vəzifə öhdəlikləri
- Tədbir məkanlarının 2D və 3D formatda layihələndirilməsi;
- Səhnə, fotozona, dekorativ konstruksiyalar və digər tədbir elementlərinin dizaynı;
- Kreativ konseptlərin və fotorealistik 3D vizualların hazırlanması;
- Moodboard və konsept təqdimatlarının hazırlanmasında iştirak;
- Texniki çertyojların, ölçülərin və istehsalat üçün lazımi materialların hazırlanması;
- Layihələrin real istehsal və quraşdırma imkanlarına uyğunlaşdırılması.
Namizədə tələblər
- AutoCAD proqramında işləmə bacarığı;
- 3ds Max və/və ya SketchUp proqramlarında modelləşdirmə bacarığı;
- V-Ray, Corona Renderer, Lumion və ya digər render proqramları ilə işləmək üstünlükdür;
- Məkan planlaşdırılması, materiallar və proporsiyalar haqqında anlayış;
- Kreativ yanaşma və yüksək estetik zövq;
- Məsuliyyətli və müəyyən edilmiş son tarixlərə uyğun işləmə bacarığı;
- Tədbir dizaynı, interyer dizaynı və ya memarlıq sahəsində təcrübə üstünlükdür.
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş qrafiki: Çevik iş qrafiki (Flexible)
- Əməkhaqqı: Aylıq sabit əməkhaqqı — namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə.
- Klassik 09:00–18:00 ofis rejimindən fərqli, çevik iş qrafiki;
- İşin xarakterinə və layihələrin tələblərinə uyğun iş planlaması;
- Zərurət yarandıqda komanda görüşlərində və layihə müzakirələrində iştirak;
- Əsas diqqətin iş saatlarına deyil, görülən işin keyfiyyətinə və layihələrin vaxtında təhvil verilməsinə yönəldilməsi;
- Kreativ və müxtəlifmiqyaslı layihələrdə iştirak;
- Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “3D Designer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Portfolio təqdim edilməsi mütləqdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul dizayneri üzrə bazar adətən 950–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
14 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul dizayneri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Çevik iş qrafiki tətbiq olunur, əsas diqqət işin keyfiyyətinə yönəldilir.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
Portfolio təqdim edilməsi mütləqdir.
AutoCAD, 3ds Max və/və ya SketchUp proqramlarında işləmə bacarığı tələb olunur.
CV və portfoliolar mövzu hissəsində “3D Designer” qeyd etməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul dizayneri üzrə Bakıda digər açıq elanlar.
Mebel layihələri hazırlayır, AutoCAD və 3ds Max proqramlarında işləməyi bacarır.
3D modelləşdirmə üzrə dizayner kimi işləyir, SolidWorks və Blender proqramlarını bilmək tələb olunur
Layihələr üzrə dizayn konsepsiyalarını hazırlayır və müvafiq proqramlarda işləmə bacarığı tələb olunur.



