Mebel layihələri hazırlayır, AutoCAD və 3ds Max proqramlarında işləməyi bacarır.
Dizayner / 3D vizualizator
Vakansiya haqqında
Təsvir
- Müştərilərin istəklərinə uyğun fərdi mətbəx və dolab dizaynlarının müvafiq proqramlarda hazırlanması və təqdim edilməsi;
- Dizayn prosesində keyfiyyət və konstruktiv xüsusiyyətlər nəzərə alınmaqla müştəri məmnuniyyətinin təmin edilməsi;
- Yeni mebel modellərinin hazırlanması, təkmilləşdirilməsi və keyfiyyətli renderlərinin işlənməsi;
- Məhsulların hazırlanmasında istifadə olunan materiallar və aksesuarlar haqqında məlumatlı olmaq;
- Komanda ilə əməkdaşlıq edərək layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanması;
- Dizayn sahəsindəki yeniliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi;
- Sosial media platformalarında paylaşılacaq məhsullar üçün keyfiyyətli renderlərin hazırlanması;
- Birbaşa və ya ümumi rəhbər tərəfindən vəzifə öhdəliklərinə uyğun olaraq verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə təhsil üstünlükdür);
- Mebel dizaynı sahəsində 2 ildən artıq iş təcrübəsi;
- AutoCAD, 3ds Max və digər müvafiq dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- 3D modelləmə, render və vizuallaşdırma bacarıqları;
- Mebel istehsalında istifadə olunan materiallar, aksesuarlar və konstruktiv həllər haqqında biliklər;
- Texniki çertyojları oxumaq və onlarla işləmək bacarığı üstünlükdür;
- Tapşırıqları operativ və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı;
- Kreativ düşüncə və yenilikçi yanaşma;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00;
- Əmək haqqı: 1200 AZN Gross;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu.
Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə 6 aylıq müddətə açılmışdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Məhsul dizayneri üzrə bazar adətən 950–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
17 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul dizayneri kimi öz maaşını yoxlaŞirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Binəqədi rayonundadır.
Həftədə 5 gün, 09:00–18:00 saatları arasında işləmək tələb olunur.
Əmək haqqı 1200 AZN gross olaraq müəyyən edilib.
Mebel dizaynı sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul dizayneri üzrə Bakıda digər açıq elanlar.
Layihələr üzrə dizayn konsepsiyalarını hazırlayır və müvafiq proqramlarda işləmə bacarığı tələb olunur.
Mebel dizaynı üzrə eskizlər hazırlayır və AutoCAD proqramını bilir.
Müxtəlif üslublarda interyer və eksteryer dizayn layihələri hazırlayır, 3 ildən çox təcrübə tələb olunur.


