Vakansiya haqqında

İctimaiyyətlə əlaqələr şöbəsi İdarənin korporativ imicinin gücləndirilməsi, fəaliyyətinin ictimaiyyətə təqdim olunması və tarixi-mədəni irsin tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qrafik dizayner İdarənin vizual kimliyinin inkişaf etdirilməsi, yaradıcı dizayn konsepsiyalarının, rəqəmsal və çap materiallarının, eləcə də animasiyalı vizual kontentin hazırlanmasına və mədəni layihələrin vizual kommunikasiya baxımından dəstəklənməsinə cavabdeh olacaq.

Əsas vəzifə öhdəlikləri:

  • İdarənin kommunikasiya məqsədlərinə və korporativ vizual kimliyinə uyğun yaradıcı dizayn konsepsiyalarının və qrafik həllərin hazırlanması;
  • Sosial media platformaları, rəsmi veb-sayt və digər rəqəmsal kanallar üçün vizual kontentin, infoqrafikaların, bannerlərin və digər qrafik materialların hazırlanması;
  • Rəqəmsal kommunikasiya kanalları üçün motion design elementlərinin, 2D animasiyaların, hərəkətli tipoqrafiyanın və digər dinamik vizual materialların hazırlanması;
  • Yerli və beynəlxalq tədbirlər, sərgilər, festivallar, konfranslar və mədəni layihələr üçün vahid vizual konsepsiyaların, animasiyalı afişaların, dinamik bannerlərin və digər dizayn materiallarının hazırlanması;
  • Kataloq, buklet, broşür, kitabça, illik hesabat, dəvətnamə və digər nəşr və poliqrafiya məhsullarının qrafik tərtibatının və səhifələnməsinin həyata keçirilməsi;
  • Sərgi və ekspozisiya məkanları, muzeylər və digər ictimai sahələr üçün məlumatlandırıcı və istiqamətləndirici lövhələrin, stendlərin, fotopanellərin və digər vizual elementlərin dizayn edilməsi;
  • İçərişəhər və Qala qoruqlarının tarixi-mədəni irsinin, muzeylərin və turizm potensialının tanıdılmasına yönəlmiş kreativ vizual materialların hazırlanması;
  • Korporativ təqdimatların, kommunikasiya kampaniyalarının və müxtəlif layihələrin vizual tərtibatının həyata keçirilməsi, ilkin eskizlərin və alternativ dizayn həllərinin təqdim edilməsi;
  • Video materiallar üçün animasiyalı mətnlərin, intro/outro elementlərinin, keçidlərin, infoqrafikaların və digər hərəkətli qrafik elementlərin hazırlanması;
  • Fotoşəkillərin və digər vizual materialların retuşu, rəng korreksiyası və qrafik emalının həyata keçirilməsi;
  • Dizayn materiallarının müxtəlif rəqəmsal və çap formatlarına uyğunlaşdırılması, çapöncəsi texniki hazırlığının təmin edilməsi və yekun məhsulun təsdiqlənmiş dizayna uyğunluğunun yoxlanılması;
  • İdarənin və tabeliyindəki qurumların vizual kommunikasiya materiallarında vahid korporativ üslubun qorunması, dizayn şablonlarının və qrafik elementlər sisteminin hazırlanması;
  • Dizayn tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrası, aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi və hazırlanmış dizayn fayllarının sistemləşdirilərək elektron arxivinin aparılması.

Namizədə tələblər:

  • Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil (müvafiq peşəkar təcrübə və güclü portfolio nəzərə alına bilər);
  • Qrafik dizayn sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Adobe Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Adobe After Effects proqramında animasiyalı qrafik materialların və sadə 2D animasiyaların hazırlanması üzrə praktiki təcrübə;
  • Motion design prinsipləri, hərəkətli tipoqrafiya, animasiya keçidləri və vizual dinamika üzrə bilik və bacarıqlar;
  • Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi, vizual iyerarxiya və brend dizayn prinsipləri üzrə əsaslı biliklər;
  • Rəqəmsal və çap məhsullarının dizaynı, səhifələnməsi və çapöncəsi hazırlığı üzrə praktiki təcrübə;
  • Statik və animasiyalı dizayn materiallarının müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun hazırlanması bacarığı;
  • Müasir dizayn və motion design tendensiyalarını izləmək, onları layihələrin məqsədlərinə uyğun tətbiq etmək bacarığı;
  • Yaradıcı və konseptual düşüncə, yüksək estetik zövq və detallara diqqət;
  • Paralel layihələr üzərində işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş icra müddətlərinə riayət etmək bacarığı;
  • Komandada işləmək, konstruktiv rəyləri nəzərə almaq və dizayn qərarlarını əsaslandırmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
  • Statik dizayn və motion design üzrə iş nümunələrini əks etdirən portfolionun təqdim edilməsi.

Əlavə üstünlüklər:

  • Adobe Premiere Pro proqramında video montaj və postproduksiya üzrə iş təcrübəsi;
  • Figma və digər müasir dizayn alətlərindən istifadə bacarığı;
  • 3D animasiya və vizuallaşdırma proqramları ilə işləmək bacarığı;
  • Mədəniyyət, turizm, muzey, sərgi və ya yaradıcı kommunikasiya layihələrində qrafik dizayn və motion design üzrə iş təcrübəsi;
  • Brend kimliyi və vizual üslub üzrə təlimatların (brand guidelines) hazırlanması təcrübəsi.

Biz nə təklif edirik?

  • Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılmasına yaradıcı töhfə vermək, yerli və beynəlxalq mədəni layihələrin vizual kimliyinin formalaşdırılmasında iştirak etmək, tarixi irslə müasir dizayn yanaşmalarını birləşdirən layihələr üzərində işləmək və peşəkar komandada yaradıcılıq potensialını inkişaf etdirmək imkanı.

Maraqlanan namizədlərdən CV və portfoliolarını “Qrafik dizayner” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
4 dekabr 2026
HRX ilə müraciət
25
Baxış
1 236

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Qrafik dizayner üzrə bazar adətən 700–1 400 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

31 açıq vakansiya, 507 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Qrafik dizayner kimi öz maaşını yoxla

Şirkət haqqında

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Dövlət idarəetməsi və müdafiə · Bakı
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi — bütün vakansiyalar

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan unikal ərazidə fəaliyyət göstərən dövlət qurumudur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Qrafik dizayn sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.

Adobe Photoshop, Illustrator, InDesign və After Effects proqramlarında peşəkar səviyyədə işləməlidir.

Statik dizayn və motion design üzrə iş nümunələrini əks etdirən portfolio təqdim edilməlidir.

Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı tələb olunur.

CV və portfoliolarını “Qrafik dizayner” mövzusu ilə elektron poçt vasitəsilə göndərməlidirlər. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qrafik dizayner üzrə Bakıda digər açıq elanlar.

Park Cinema
1+ ilBakı
1 000₼

Kreativ dizaynlar hazırlayır, Adobe Photoshop və Illustrator proqramlarında sərbəst işləməyi bacarır

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignAdobe After Effects+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Camal LTD (İceland)
Yeni başlayan · 1+ ilBakı
1 200–1 300₼

Məhsul fotolarını retuş edən və çap, sosial media üçün kreativ dizaynlar hazırlayan dizayner.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignCreative Thinking+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Mirror
Mütəxəssis · 1–2 ilBakı
Maaş göstərilməyib

Reklam və çap məhsulları üçün qrafik dizaynlar hazırlamaq və çap texnologiyalarını bilmək tələb olunur

Adobe PhotoshopAdobe IllustratorCorelDRAWGraphic Design+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Frazex
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib7 gün qalıb

Brend üçün vizual həllər hazırlayır və Adobe proqramlarında təcrübə tələb olunur.

Adobe PhotoshopAdobe IllustratorAdobe After EffectsMotion Design+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Qrafik dizayner
Müraciət et