Kreativ dizaynlar hazırlayır, Adobe Photoshop və Illustrator proqramlarında sərbəst işləməyi bacarır
Qrafik dizayner-menecer
Vakansiya haqqında
EVOL mağazalar şəbəkəsi komandamıza qoşulmaq üçün yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir texnologiyalardan istifadə bacarığına malik Qrafik Dizayner-Menecer axtarır.
Vəzifə öhdəlikləri
1. Qrafik dizayn və vizual kontent
Şirkətin reklam və marketinq kampaniyaları üçün kreativ dizaynlar hazırlamaq;
Sosial media platformaları üçün post, story, banner, reklam və digər vizual materiallar hazırlamaq;
Mebel, elektronika və digər məhsulların reklam dizaynlarını yaratmaq;
Aksiya, endirim, yeni məhsul və mağaza açılışları üçün reklam materialları hazırlamaq;
Çap məhsullarının (poster, flayer, buklet, kataloq, banner və s.) dizaynını hazırlamaq;
Məhsul fotolarının redaktəsini, rəng korreksiyasını və vizual təkmilləşdirilməsini həyata keçirmək;
Şirkətin vahid korporativ üslubunun qorunmasını təmin etmək.
2. Süni intellekt (AI) texnologiyalarının tətbiqi
Süni intellekt vasitəsilə kreativ reklam ideyaları və vizual konseptlər hazırlamaq;
AI alətləri ilə məhsul və reklam vizualları yaratmaq;
Məhsulların interyer və müxtəlif mühitlərdə realistik təqdimatını hazırlamaq;
AI vasitəsilə foto və video kontentlər yaratmaq və redaktə etmək;
Reklam kampaniyaları üçün AI əsaslı kreativ materiallar hazırlamaq;
Dizayn prosesində süni intellekt texnologiyalarından istifadə etməklə işin sürətini və məhsuldarlığını artırmaq.
3. Dizayn prosesinin idarə edilməsi
Dizayn işlərinin aylıq və həftəlik planını hazırlamaq;
Marketinq və satış komandası ilə koordinasiyalı işləmək;
Mağazalardan daxil olan dizayn sifarişlərini sistemləşdirmək və icrasına nəzarət etmək;
Reklam materiallarının vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək;
Dizayn işlərinin nəticələrini təhlil etmək və yeni kreativ yanaşmalar təklif etmək;
Çap və reklam istehsalı ilə məşğul olan tərəfdaşlarla əməkdaşlıq etmək;
Hazırlanan bütün dizayn materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Qrafik dizayner üzrə bazar adətən 700–1 400 ₼ ödəyir, median — 1 000 ₼.
31 açıq vakansiya, 507 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qrafik dizayner kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 500 ₼ təşkil edir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQrafik dizayner üzrə Bakıda digər açıq elanlar.
Reklam və fərdi dizaynlı məhsulların yaradılması üçün kreativ qrafik dizayn bacarıqları tələb olunur
Mobil tətbiq və veb üçün rəqəmsal dizayn hazırlamaq və Figma, Adobe CC bacarıqları tələb olunur
Sosial media və reklam üçün yaradıcı dizaynlar hazırlamaq və qrafik dizayn biliklərinə malik olmaq.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




