Tikinti sənədlərini qiymətləndirmək və konstruksiya işlərinə nəzarət etmək.
İnşaat üzrə aparıcı mühəndis
Vakansiya haqqında
- Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
- Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq;
- Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək;
- Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək;
- Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
- Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq;
- Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
- Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək;
- Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 5 noyabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSenior konstruktiv layihələndirici üzrə Bakıda digər açıq elanlar.
Müxtəlif strukturların dizaynını və analizini aparır, 10 ildən çox təcrübəyə malikdir.
Hava gəmisi struktur komponentlərinin analizi və dizaynı üzrə təcrübəli mühəndis axtarılır.
Tikinti obyektlərində zəif cərəyan sistemlərinin quraşdırılmasına və texniki nəzarətə rəhbərlik edir, 5 il təcrübə tələb olunur.




