Vakansiya haqqında

  • Tikinti sahəsinə təqdim olunan konstruktiv layihə və işçi sənədləri qəbul etmək, nəzərdən keçirmək və onların sahədə icra üçün uyğunluğunu qiymətləndirmək;
  • IFC, Shop Drawing, Method Statement, ITP, Material Submittal, RFI və digər texniki sənədləri konstruksiya hissəsi üzrə yoxlamaq və müvafiq rəy vermək;
  • Layihə ilə faktiki tikinti vəziyyəti arasında uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün texniki təkliflər hazırlamaq;
  • Layihəçi tərəfindən təqdim edilmiş konstruktiv həllərin tikinti sahəsində tətbiq imkanlarını qiymətləndirmək və zəruri hallarda texniki düzəlişlər üzrə təkliflər vermək;
  • RFI (Request for Information), Technical Query və digər texniki sorğuların hazırlanmasında və cavablandırılmasında iştirak etmək;
  • Sahədə aşkar edilmiş konstruktiv uyğunsuzluqlar üzrə NCR, Observation və digər keyfiyyət sənədlərinin hazırlanması və bağlanılması prosesində iştirak etmək;
  • Armatur işlərinin diametri, aralığı, yerləşməsi, bindirmə uzunluqları, ankerləmə, qoruyucu beton qatı və digər konstruktiv tələblərə uyğunluğunu yoxlamaq;
  • Qəlib və dayaq sistemlərinin layihəyə və təsdiq edilmiş metodologiyaya uyğunluğunu yoxlamaq;
  • Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını konstruksiya işləri üzrə izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək;
  • Sahədə aparılan konstruksiya işlərinin gündəlik və həftəlik monitorinqində iştirak etmək və görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək;
  • Tikinti zamanı layihədə dəyişiklik tələb edən məsələləri müəyyən etmək, dəyişikliklərin texniki əsaslandırılmasında və müvafiq təsdiqlərin alınmasında iştirak etmək;
  • As-Built sənədlərinin faktiki tikinti vəziyyətinə uyğun hazırlanmasına nəzarət etmək;
  • Tikinti mərhələsinin sonunda konstruksiya işlərinin təhvil-təslim prosesində iştirak etmək və müvafiq texniki sənədləri yoxlamaq;
  • Konstruksiya işləri üzrə subpodratçıların təqdim etdiyi işlərin qəbulunda iştirak etmək;

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku, Neftchilar Avenue 153
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 oktyabr 2026
Son tarix
12 noyabr 2026
Baxış
56

Şirkət haqqında

PMD Projects LLC
Tikinti, Bina tikintisi · Bakı
PMD Projects LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Senior konstruktiv layihələndirici üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı mühəndis-konstruktor
Müraciət et