Əmək haqqının düzgün hesablanması və ödənilməsini təmin etmək üçün 1C və MS Excel bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
- Əmək haqqının hesablanması zamanı işçilərin davamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər məlumatlarının nəzərə alınması;
- İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
- Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
- Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
- İşçilər üzrə hesablaşma vərəqələrinin hazırlanması və əmək haqqı məlumatlarının sistemdə əks etdirilməsi;
- Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
- İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
- Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
- 1C və digər mühasibatlıq proqramlarında əmək haqqı məlumatlarının işlənməsi;
- Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
- Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
- Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
- Əmək haqqı hesablamaları üzrə sənədlərin düzgün arxivləşdirilməsi və məxfilik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
Namizədə tələblər
- Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil
- Yaş həddi: 25-35 arası namizədlər
- İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- 1 C və MC Office proqramlarında iş təcrübəsinin olması
- Vergi və mühasibat uçotu üzrə əsas qanunvericilik bilikləri
- Azərbaycan dilində səlis danışıq
- Rus dili biliyi üstünlükdür
- Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək bacarığına malik olmalı
İş barədə məlumat
- İş günləri: həftənin 5 günü
- İş qrafiki: saat 08:00 – 17:00
- İstirahət günü: şənbə və bazar
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 1500-2000 AZN
- Nahar və servis müəssisə tərəfindən təmin olunur.
- Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Əmək haqqı administratoru üzrə bazar adətən 1 200–1 500 ₼ ödəyir, median — 1 500 ₼.
5 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əmək haqqı administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Green Tech MMC 2011-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayan yeni texnologiyalara əsaslanan şüşə konstruksiyalı müasir istixana kompleksidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftənin 5 günü, saat 08:00 – 17:00 arasıdır, şənbə və bazar istirahət günləridir.
Əmək haqqı 1500-2000 manat aralığındadır.
Xəzər rayonu, Binə qəsəbəsində yerləşir.
Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
1C və Microsoft Office proqramlarında iş təcrübəsi olmalıdır.
CV-ni mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏmək haqqı administratoru üzrə Bakıda digər açıq elanlar.
Əmək haqqının hesablanması və uçotu üzrə məsuliyyətli mühasib axtarılır, mühasibatlıq bilikləri tələb olunur.
Maaşların hesablanması və əmək haqqı uçotunun aparılması üzrə təcrübəli mühasib axtarılır.
İşə qəbul prosesini idarə edir və HR sahəsində minimum 3 il təcrübəsi tələb olunur.




