İşçilərin əmək haqqını düzgün hesablamaq və 1C proqramında işləmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Namizədə aid tələblər:
25-35 yaş arasında;
Ali təhsilli olması;
Azərbaycan dili üzrə yaxşı biliklər;
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
MS Excel üzrə mükəmməl biliklər;
1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək bacarıqları;
Komandada işləmək və vaxtında nəticə əldə etmək bacarıqları.
Əsas vəzifə və öhdəliklər:
Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
Vergi, DSMF və statistik orqanlara təqdim olunan əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı-1000 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Əmək haqqı administratoru üzrə bazar adətən 1 200–1 500 ₼ ödəyir, median — 1 500 ₼.
5 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əmək haqqı administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Əmək haqqı 1000 ₼ təşkil edir.
Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏmək haqqı administratoru üzrə Bakıda digər açıq elanlar.
Əmək haqqının hesablanması və uçotu üzrə məsuliyyətli mühasib axtarılır, mühasibatlıq bilikləri tələb olunur.
Maaşların hesablanması və əmək haqqı uçotunun aparılması üzrə təcrübəli mühasib axtarılır.
İşçilərin əmək müqavilələrinin idarə olunması və əmək qanunvericiliyini bilmək tələb olunur.




