Kadr əməliyyatlarını idarə edir, 1C və MS Excel bilikləri tələb olunur.
Vakansiya haqqında
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
- HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
- MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
- Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
- Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;
- Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.
Əsas öhdəliklər:
- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
- İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
- İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
- ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
- İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək,fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək.
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
İş şəraiti:
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- KPİ dəyərləndirmə əsasında bonus;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir və müraciət etdiyiniz vakansiyanın adını mövzu hissəsində qeyd etmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNahar və tibbi sığorta təmin olunur, həmçinin KPİ əsasında bonus verilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR əməliyyatları üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları və inzibati işləri idarə edir, 7-10 il təcrübə və beynəlxalq HR sertifikatı tələb olunur.
İşçilərin əmək müqavilələrinin idarə olunması və davamiyyətin dəqiq aparılması üzrə mütəxəssis.



