İnsan resursları və inzibati işlər üzrə direktor

SF Azərbaycan BOKT

Vakansiya haqqında

Şirkətimiz insan resursları və inzibati işlər istiqamətində strateji idarəetməni həyata keçirəcək, İR proseslərinin təkmilləşdirilməsini və inzibati fəaliyyətin səmərəli təşkilini təmin edəcək peşəkar rəhbər axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin biznes strategiyasına uyğun İR strategiyasının həyata keçirilməsi.
  • İnsan resursları siyasətinin, daxili qayda və prosedurların hazırlanması, tətbiqi və mütəmadi təkmilləşdirilməsi.
  • İşə qəbul, seçim, adaptasiya, təlim və inkişaf, istedadların idarə edilməsi və karyera planlaşdırılması proseslərinin təşkili.
  • Performansın qiymətləndirilməsi.
  • Əməkhaqqı, bonus və motivasiya sistemlərinin hazırlanması.
  • İşçi məmnuniyyətinin, bağlılığının və korporativ mədəniyyətin inkişaf etdirilməsi, daxili kommunikasiya proseslərinin təşkili.
  • Əmək münasibətlərinin idarə edilməsi, kadr sənədləşməsinə nəzarət və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
  • İR büdcəsinin planlaşdırılması, işçi heyəti üzrə hesabatların və analitik göstəricilərin hazırlanması.
  • İR auditlərinin aparılması, mövcud proseslərin təhlili, optimallaşdırılması və avtomatlaşdırılması.
  • Şirkətin inzibati fəaliyyətinin, ofis idarəçiliyinin, təsərrüfat və təminat proseslərinin təşkili və nəzarətdə saxlanılması.
  • İnzibati xərclərin optimallaşdırılması, təchizatçılarla işin və müvafiq xidmətlərin koordinasiyası.
  • İR və inzibati işlər üzrə komandanın idarə edilməsi, əməkdaşların fəaliyyətinə nəzarət və peşəkar inkişafının dəstəklənməsi.
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və idarəetmə qərarlarının qəbulunda iştirak.

Namizədə dair tələblər

  • İnsan resursları sahəsində minimum 7–10 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 5 il təcrübə.
  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə).
  • Beynəlxalq HR sertifikatlarından ən azı birinin olması mütləqdir: SPHRi, SHRM-SCP və ya CIPD Level 5/7.
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini və əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarını mükəmməl bilmək.
  • İR strategiyasının hazırlanması, İR sistemlərinin qurulması və biznes proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə.
  • KPI, performansın qiymətləndirilməsi, əməkhaqqı və motivasiya sistemləri üzrə praktiki biliklər.
  • İnzibati işlərin və ofis fəaliyyətinin idarə edilməsi üzrə təcrübə.
  • MS Office proqramlarını, xüsusilə Excel, Word yüksək səviyyədə bilmək mütləqdir.
  • Azərbaycan dili sərbəst, rus dili mütləq, ingilis dili arzuolunandır.
  • Güclü liderlik, strateji düşünmə, analitik təhlil və qərarvermə bacarıqları.
  • Yüksək kommunikasiya, təşkilatçılıq, problem həll etmə və komanda idarəetmə bacarıqları.
  • Məxfi məlumatlarla işləmək, məsuliyyətli və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.

İş şəraiti

  • Rəqabətədavamlı əməkhaqqı (namizədin təcrübə və biliklərinə uyğun).
  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək münasibətləri.
  • İş rejimi: 5/7, saat 09:00-18:00

Qeyd: Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Dəmirçi Plaza Biznes Mərkəzi, Xətai m/s
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
310

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

13 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

SF Azərbaycan BOKT
Financial Services · Baku
SF Azərbaycan BOKT — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş rejimi həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur, namizədin təcrübə və biliklərinə uyğun olaraq.

İş yeri Bakı şəhərindədir.

Ali təhsil və ən azı bir beynəlxalq HR sertifikatı (SPHRi, SHRM-SCP və ya CIPD Level 5/7) tələb olunur.

İnsan resursları sahəsində minimum 7-10 il, rəhbər vəzifədə isə minimum 5 il təcrübə tələb olunur.

MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilməlidir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR meneceri üzrə Bakıda digər açıq elanlar.

Merkuri BOKT
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

İnsan Resursları strategiyasını hazırlayır, HR komandasını idarə edir və işə qəbul proseslərini həyata keçirir.

Labor LawRecruitmentLeadershipTeam Management+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

İnsan resurslarının idarə olunmasını və inkişafını təşkil edir, 5 il təcrübə tələb olunur.

Policy DevelopmentEmployee EngagementRisk Management1C 8.3+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları və inzibati işlər üzrə direktor
Müraciət et