İnsan resurslarının idarə olunmasını həyata keçirir və kadr sənədləşməsi üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) İnsan resursları şöbəsinin mütəxəssisi vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir;
Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir;
Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır;
İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir;
Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir;
Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir;
Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin
mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir;
Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir;
Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.
TƏLƏBLƏR:
Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür) ;
Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi;
Yaş həddi 25-40 aralığı;
MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı
üzrə təcrübə arzuolunandır);
Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
Kadr sənədləşməsinin aparılması (əmrlər, şəxsi işlər və s.);
Adaptasiya, qiymətləndirmə və inkişaf proseslərinin təşkili üzrə təcrübə;
Əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və iş vaxtının uçotu üzrə əsas biliklər;
Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi üzrə iş təcrübəsi;
Rəqəmlərlə işləmə bacarığı;
Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Komandada işləmə bacarığı.
DİGƏR:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi - Mütəxəssis) qeyd edin.
Son müraciət tarixi: 25.10.2026
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanında yerləşir.
Müvafiq sahədə 1-3 il iş təcrübəsi tələb olunur.
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma təklif edilir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Anket və ya CV göndərilməlidir. Müraciətin mövzu hissəsində vakansiyanın adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
Retail və satış personalının işə qəbulu, adaptasiyası və performans qiymətləndirilməsini idarə edir
İşçi tələbatını müəyyənləşdirir, kadr sənədlərini idarə edir və HR proseslərini həyata keçirir, 3 il təcrübə tələb olunur.
İşçilərin sənədləşdirilməsi və əmək qanunvericiliyi üzrə əməliyyatları idarə etmək bacarığı tələb olunur.


