Vakansiya haqqında

ARASH Company komandasına məsuliyyətli, təşəbbüskar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır.

Bu vəzifə yalnız gündəlik HR əməliyyatlarının icrası ilə məhdudlaşmır. Axtardığımız namizəd şirkətin insan resursları funksiyasının inkişafında aktiv rol oynayacaq, ən yaxşı istedadların cəlb edilməsinə, performansın idarə olunmasına, korporativ mədəniyyətin gücləndirilməsinə və HR proseslərinin təkmilləşdirilməsinə töhfə verəcək.

Əgər insanlarla işləməyi sevir, sistem qurmağı bacarır və HR sahəsində uzunmüddətli karyera qurmaq istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr

İşə qəbul və istedadların cəlb edilməsi

  • Vakansiyaların hazırlanması və müxtəlif platformalarda yerləşdirilməsi;
  • Namizədlərin axtarışı, ilkin seçim, müsahibələrin təşkili və keçirilməsi;
  • İşə qəbul prosesinin tam koordinasiyası;
  • Namizəd bazasının formalaşdırılması və idarə olunması;
  • Employer Branding fəaliyyətlərinin həyata keçirilməsi;
  • Universitetlər və digər tərəfdaşlarla əməkdaşlığın qurulması;
  • Təcrübə və intern proqramlarının təşkili.

HR administrasiyası

  • Əmək müqavilələrinin və digər HR sənədlərinin hazırlanması;
  • İşçi şəxsi işlərinin və sənəd dövriyyəsinin idarə olunması;
  • Məzuniyyət, davamiyyət və digər HR qeydlərinin aparılması;
  • Əməkhaqqı hesablanması prosesində mühasibatlıq şöbəsi ilə koordinasiya;
  • Əmək qanunvericiliyinə uyğun HR sənədlərinin hazırlanması və izlənilməsi.

Performansın idarə olunması

  • KPI və performans qiymətləndirmə sistemlərinin tətbiqində iştirak;
  • Sınaq müddətinin qiymətləndirilməsi prosesinin idarə olunması;
  • Performans dəyərləndirmələrinin koordinasiyası;
  • Karyera inkişafı və yüksəliş planlarının hazırlanmasına dəstək.

Təlim və inkişaf

  • Yeni əməkdaşların adaptasiya (Onboarding) prosesinin təşkili;
  • Daxili və xarici təlimlərin planlaşdırılması;
  • İşçilərin inkişaf planlarının hazırlanmasına dəstək;
  • HR siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi.

İşçi münasibətləri və HR layihələri

  • İşçi məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
  • Korporativ tədbirlərin və komanda fəaliyyətlərinin təşkili;
  • İşçi müraciətlərinin operativ və peşəkar şəkildə idarə olunması;
  • Münaqişələrin həllinə dəstək göstərilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təşkilati strukturun və HR proseslərinin davamlı inkişaf etdirilməsi.

Namizədə tələblər

  • Ali təhsil (İnsan Resursları, Psixologiya, Biznesin İdarəedilməsi, Menecment, Hüquq və ya digər uyğun ixtisaslar);
  • İnsan Resursları sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • HR proseslərinin qurulması və təkmilləşdirilməsi sahəsində təcrübə üstünlük hesab olunur;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
  • HRIS sistemləri ilə işləmək bacarığı;
  • Odoo ERP sistemi ilə təcrübə üstünlük hesab olunur;
  • LinkedIn Recruiter, Jobsearch və digər işə qəbul platformaları ilə işləmək bacarığı;
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Problemləri operativ həll etmək və qərarvermə bacarığı;
  • Emosional intellekt və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 09:00 – 15:00
  • İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı
  • İş rejimi: Tam ştat, ofisdaxili
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Biz nə təklif edirik?

  • HR sahəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Şirkətin HR strategiyasının formalaşdırılmasında birbaşa iştirak etmək imkanı;
  • Qərarvermə proseslərində aktiv rol almaq;
  • Korporativ mobil nömrə;
  • Ofisdə ödənişsiz nahar;
  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Korporativ tədbirlər və komanda fəaliyyətləri.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Məktubun mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Dillər
English, Russian
Son tarix
30 sentyabr 2026

Şirkət haqqında

Arash Company
Medical Equipment Manufacturing · Baku
Arash Company — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Eurostar Group
Manager · 5+ il
1 200–1 400

Kadr fəaliyyətini idarə etmək və HR strategiyaları qurmaq təcrübəsi tələb olunur.

Employee RelationsPerformance ManagementRecruitmentLeadership+6
Müraciət etAsan müraciətAsan müraciət
Wegros
Manager
Maaş göstərilməyib

İnsan resursları meneceri kimi işə qəbul, onboarding və işçi əlaqələrini idarə edir.

RecruitmentOnboardingEmployee RelationsPerformance Management+6
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et