İnsan resursları üzrə mütəxəssis

Azertexnolayn

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
7 avqust 2026

Vakansiya haqqında

Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “İnsan Resursları üzrə mütəxəssis” axtarılır!

Əmək funksiyası:

  • İşçilərin əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir.
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi prosesini rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İşə qəbul, orientasiya və adaptasiya proseslərini icra edir;
  • İşə qəbulla bağlı hesabatları hazırlayır “stay” və “exit” intervyuları həyata keçirərək işçi məmnuniyyəti datasını yaradır;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
  • Şöbənin rəsmi əməliyyatlarının ƏMAS portalında qeydiyyatını aparır;

Bilməlidir:

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
  • Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini;
  • Yuxarı orqanların qərar, sərəncam və göstərişlərini; idarə, təşkilat və müəssisələrin inzibati-təsərrüfat xidmətinə dair metodiki, normativ və başqa göstərişverici materialları, idarə, təşkilat və müəssisənin quruluşunu və onun inkişaf perspektivlərini, digər təşkilatlarla müqavilələrin bağlanması qaydalarını və tərtibini;
  • ƏMAS portalında sərbəst işləmək bacarığı

İş qrafiki:

  • Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • İstirahət günü: Şənbə və Bazar günü

Namizədə tələblər:

  • Ali təhsil
  • İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
  • MS Office proqramları
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • İxtisas: İqtisadiyyat və idarəetmə

Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ - Əmək məcəlləsindən test imtahanı, İnsan resursları şöbə rəsi ilə müsahibə
  • İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul

Təminatlar:

  • Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et